12px13px15px17px
Tarix:12/03/12

“Apple” şirkətinin 1993-cü il istehsalı olan telefon aparatı “eBay” internet-hərracına çıxarılıb

“Apple” şirkətinin 1993-cü il istehsalı olan “WALT” aparatı “eBay” internet-hərracına çıxarılıb. O, stasionar telefon üçün aparatdan ibarətdir və onun imkanlarını genişləndirir.

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, aparat stilus ilə olan sensor ekranla təchiz edilib və əl ilə yazılmış mətni müəyyənləşdirə bilir. “WALT” aparatı faks, nömrənin təyinedicisi və ünvan kitabçası kimi xidmət göstərə bilər, həmçinin istifadəçi üçün bank xidmətlərinə çıxış imkanı yaradır.

Qurğu “Mac OS”-un “System Software 6” versiyası əsasında fəaliyyət göstərir.“Apple” şirkəti “WALT” aparatını 1993-cü ildə Bostonda keçirilmiş “MacWorld” sərgisində təqdim etmişdi. Məlumat üçün bildirim ki, qurğu kütləvi istehsal edilmədi, lakin bir neçə nümunə buraxılmışdı. Artıq məlum olduğu kimi, onlardan biri 19 ildən sonra “eBay” internet-hərracına çıxarılıb.


 
EMİL
 




Baxış sayı: 1238

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024