Tarix:05/07/11
“WikiLeaks” ilə bağlı ödənişlərin blok edilməsi haqqında məlum olduqda “DataCell” saytında “Visa” və “MasterCard” sistemlərinin istifadəçilərdən onlayn-kazino və pornoqrafik xidmətlərin ödənişi üçün pulu maneəsiz qəbul etdiyini, amma ədalət və insan hüquqlarının müdafiəsi üçün mübarizə edən təşkilata xidmət etməkdən imtina etdiyini bildirib.
“WikiLeaks” və “DataCell”in iddia ərizəsinin yaxın vaxtlarda Avropa məhkəmələrindən birinə veriləcəyi gözlənilir. İddiaçılar “Visa” və “MasterCard” şirkətlərinin hərəkətlərinin Avropa qanunlarına zidd olduğunu hesab edirlər. Qeyd edək ki, avstraliyalı Culian Assanj tərəfindən yaradılan “WikiLeaks” saytı resurs redaktorlarının əlinə düşmüş məxfi informasiyanı nəşr etmək üzrə ixtisaslaşdırılıb. Diplomatik yazışmadan başqa, resursda Amerika hərbçilərinin İraq və Əfqanıstanda hərəkətləri haqqında ifşaedici materiallar da yerləşdirilib.
“WikiLeaks” “Visa” və “MasterCard”ı məhkəməyə verəcək
“WikiLeaks” internet-resursu eyni adlı ödəmə sistemlərini idarə edən “Visa” və “MasterCard” şirkətlərinə qarşı iddia irəli sürməyə hazırlaşır. Sayt nümayəndələri “Visa” və “MasterCard”ı “WikiLeaks”i "maliyyə blokadası"na salmaq təşkilində ittiham edirlər. “WikiLeaks” hesablarına vəsaitlərin köçürülməsi sayt Amerika diplomatlarının yazışmasını dərc etdikdən sonra qadağan edilib. Məhkəmədə “WikiLeaks” ilə birgə saytın partnyorlarından biri İslandiya hostinq şirkəti - “DataCell” çıxış edəcək.“WikiLeaks” ilə bağlı ödənişlərin blok edilməsi haqqında məlum olduqda “DataCell” saytında “Visa” və “MasterCard” sistemlərinin istifadəçilərdən onlayn-kazino və pornoqrafik xidmətlərin ödənişi üçün pulu maneəsiz qəbul etdiyini, amma ədalət və insan hüquqlarının müdafiəsi üçün mübarizə edən təşkilata xidmət etməkdən imtina etdiyini bildirib.
“WikiLeaks” və “DataCell”in iddia ərizəsinin yaxın vaxtlarda Avropa məhkəmələrindən birinə veriləcəyi gözlənilir. İddiaçılar “Visa” və “MasterCard” şirkətlərinin hərəkətlərinin Avropa qanunlarına zidd olduğunu hesab edirlər. Qeyd edək ki, avstraliyalı Culian Assanj tərəfindən yaradılan “WikiLeaks” saytı resurs redaktorlarının əlinə düşmüş məxfi informasiyanı nəşr etmək üzrə ixtisaslaşdırılıb. Diplomatik yazışmadan başqa, resursda Amerika hərbçilərinin İraq və Əfqanıstanda hərəkətləri haqqında ifşaedici materiallar da yerləşdirilib.
Baxış sayı: 1079
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib