12px13px15px17px
Tarix:13/03/12

Azərbaycanda elektron pul kisəsi sistemi tətbiq olunacaq

İnternet vasitəsi ilə həyata keçirilən alqı-satqıya görə  ödənişlərin edilməsi elektron pul kisəsi sayəsində daha səmərəli ola bilər.

Çünki bu zaman alıcı növbəti alış zamanı öz ünvanı və kredit kartı haqqında informasiyanı daxil etmək zərurəti ilə üzləşmir.

Bu barədə "İCTnews" elektron xəbər xidmətinə məlumat verən "Silverkey" şirkətinin rəhbəri Fərid İsmayılzadə bildirib ki, yaxın vaxtlarda ölkəmizdə tətbiq ediləcəyi gözlənilən, nağdsız ödənişlər sisteminin tərkib hissəsi olan elektron pul kisəsi, kredit kartına, elektron pullara dair informasiyanı, habelə istifadəçinin kimliyini təyin edən məlumatları özündə saxlayır, istifadəçinin kimliyini təyin etmək üçün bu məlumatları elektron kommersiya saytındakı məlumatların miqdar hesablayıcılarına təqdim edir.

  Qeyd edək ki, elektron pul kisəsində pul bitdikdə bankomatlardan, bank filiallarından və poçt şöbələrindən bura əlavə pul yerləşdirmək olacaq.
 
RƏVAN
 




Baxış sayı: 2274

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024