12px13px15px17px
Tarix:13/03/12

“Apple” şirkəti ilk satış günündə 1 milyon yeni “iPad” sata bilər

“Apple” şirkətinin ilk satış günündə (16 mart) 1 milyon yeni “iPad” planşeti satacağı gözlənilir. Qurğu ilk əvvəl ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İsveçrə və Yaponiyada satışa çıxarılacaq. Bu barədə “Piper Jaffray”-in analitiklərinə istinadən “Apple Insider” resursu məlumat verib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, keçən həftə elan edilmiş üçüncü nəsil “iPad” planşetinin əsas xüsusiyyəti yüksək təsvir ölçülü ekrana malik olmasıdır. Məlumat üçün bildirim ki, yeni “iPad” planşetinin ekranı 2048x1536 nöqtə təsvir ölçüsünə malikdir. Digər yeniliklər arasında təkmilləşdirilmiş qrafika, daha keyfiyyətli kamera və “Bluetooth 4.0” simsiz rabitə əlaqəsini qeyd etmək olar.

Qeyd edim ki, yeni “iPad” planşetinin onlayn-alıcılara çatdırılması martın 16-da başlanmalı idi, lakin şirkət artıq əksər bazarlar üçün çatdırılma müddətini 2-3 həftəyə qədər artırıb. “Apple”-ın məlumatına görə, yeni “iPad” planşet kompyuterinə olan tələbat gözləntiləri ötüb və buna görə şirkət çatdırılma müddətlərini dəyişdirməyə məcbur olub.
 
EMİL
 




Baxış sayı: 1070

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024