Tarix:13/03/12
Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1321,9 min nəfər təşkil edib. Muzdlu əsaslarla çalışan işçilərin 21,4 faizi məhsul istehsalı və 78,6 faizi xidmət sahələrində cəmlənib.
Dövlət Statistika Komitəsindən "İCTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, muzdla işləyənlərin 24,6 faizi təhsildə, 19,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 9,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,0 faizi tikintidə, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,2 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 14,7 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2012-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 368,4 manat təşkil edib. Ötən ilin yanvar ayına nisbətən 8,5 faiz artım olub. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq əməkhaqqı daha yüksək olub.
SEYMUR
Muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə sahəsində çalışıb
2012-ci il yanvar ayında Azərbaycanın müəssisə və təşkilatlarında muzdla çalışan işçilərin orta siyahı sayı 1361,7 min nəfər olub. Onların 844,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 517,0 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Eyni zamanda, iqtisadiyyatın neft sektorunda 36,4 min nəfər, qeyri-neft sektorunda isə 1325,3 min nəfər çalışıb.Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1321,9 min nəfər təşkil edib. Muzdlu əsaslarla çalışan işçilərin 21,4 faizi məhsul istehsalı və 78,6 faizi xidmət sahələrində cəmlənib.
Dövlət Statistika Komitəsindən "İCTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, muzdla işləyənlərin 24,6 faizi təhsildə, 19,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 9,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,0 faizi tikintidə, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,2 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 14,7 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2012-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 368,4 manat təşkil edib. Ötən ilin yanvar ayına nisbətən 8,5 faiz artım olub. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq əməkhaqqı daha yüksək olub.
SEYMUR
Baxış sayı: 1114
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır