12px13px15px17px
Tarix:13/03/12

“Azərkosmos”da YAP üzvlərinin sayı artır

 “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Yeni Azərbaycan Partiyasına üzvlük əldə etmiş bir qrup əməkdaşına partiya vəsiqələrinin təqdim olunması ilə əlaqədar cəmiyyətin sədri Rəşad Nəbiyevin sədrliyi ilə tədbir keçirilmişdir.

Tədbirdə ilk olaraq çıxış edən R.Nəbiyev öz çıxışında YAP-ın ölkənin ictimai-siyasi həyatında tutduğu əhəmiyyətli rolu diqqətə çatdırmış, partiyanın əsas məqsəd və məramları, eləcə də partiya quruculuğu istiqamətində görülən işlər barədə məlumat vermiş, partiya sıralarına yenicə qoşulan əməkdaşları təbrik etmişdir. Tədbirdə çıxış edən yeni üzvlər əmin olduqlarını bildirmişdilər ki, hər zaman partiyanın şərəfini layiqincə qoruyacaq və əməlləri ilə partiyanın adını yüksəldəcəklər.

Tədbirdə, həmçinin üzvlük üçün müraciət etmiş “Azərkosmos” ASC-nin digər işçilərinin partiya sıralarına qoşulması ilə bağlı təkliflər müzakirə edilmiş və müsbət qərar verilmişdir.
 




Baxış sayı: 1776

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024