Tarix:14/03/12
"Azərfon"MMC-nin Korporativ əlaqələr departamentinin rəhbəri Elşad Fərzəliyevin "Rabitə dünyası" qəzetinə verdiyi məlumata görə, konsepsiyanın əsas mahiyyəti ən son mobil texnologiyalar əsasında insanlar üçün innovativ həllər və elektron xidmətlər hazırlamaqdır. "FutureLab" tipli layihələr innovativ araşdırmalar profilli mərkəz rolunu oynayır. Belə mərkəzlərə informasiya texnologiyaları (İT) üzrə gənc mütəxəssislər cəlb olunur, araşdırmalar aparılır.
Sonradan ən uğurlu layihələr maliyyələşdirilir və əhaliyə təqdim olunur. "FutureLab" layihəsi Azərbaycanın regional innovasiya mərkəzinə çevrilməsinə dəstək olacaq. "Azərfon"un yaratdığı "FutureLab" layihəsi texnoloji inkişafa, sosial inkişafa xidmət edəcək. "FutureLab" mobil texnologiyaların Azərbaycanda həyatın müxtəlif sahələrində proseslərin səmərəliliyinin artırılmasına kömək edəcək.
Xüsusən də, təhsil, ictimai nəqliyyat və səhiyyə sistemində mobil texnologiyaların istifadəsi Azərbaycan üçün daha perspektivlidir. Bu istiqamətdə müəyyən işlər artıq bəhrəsini verir. Məsələn, "Azərfon"un "3G" texnologiyası əsasında işləyən məsafədən müşahidə kameraları Bakının 47 saylı məktəbində quraşdırılıb.
Valideynlər övladlarının dərsə davamiyyətini, təhsil prosesini evdə, işdə və ya bağda oturub, sadəcə, mobil telefonun düyməsini basaraq izləmək imkanı var. Bu sistem Azərbaycanda artıq tətbiq olunur. "FutureLab"ın hazırda prioritet istiqamətləri "3G" mobil texnologiyaların orta və ali təhsil sistemində istifadəsini genişləndirməkdir.
Qeyd edək ki, "Azərfon" ölkəmizdə "3G" texnologiyasını tətbiq edən ilk operator olaraq hazırda ölkənin şəhər və bölgələrində əhaliyə genişzolaqlı mobil internet xidmətləri təqdim edir. Azərbaycanda yeni texnologiyaların bir çox sahələrdə tətbiqi genişlənməkdədir.
Bunun üçün dövlət və özəl strukturlar böyük investisiyalar ayırır, mövcud infrastruktur ən son texnologiyalar əsasında yenidən qurulur.
Digər tərəfdən isə, Azərbaycan əhalisi özü də yeni texnologiyalara böyük maraq göstərir.
Son statistik məlumatlara fikir versəz, aydın olur ki, Azərbaycanda əhalinin hamısı mobil telefon istifadəçisidir, əhalinin 50 faizindən çoxu internet xidmətlərindən istifadə edir, orta məktəblərdə kompyuterləşdirmə layihələri gündən-günə artır, nəqliyyatın idarə olunmasında elektron həllər istifadə edilir, vergilər sistemi tam elektronlaşıb və s.
Qlobal statistikaya nəzər yetirsək görərik ki, dünya əhalisinin internetdən istifadə tendensiyası dəyişmək üzrədir. 700 milyon insan genişzolaqlı mobil internetdən istifadə edir. Son rəqəmlərə əsasən 2015-ci il üçün mobil telefon istifadəçilərinin sayı 7 milyarda çatacaq, bunun da 25 faizini smartfon istifadəçiləri təşkil edir.
Bu, o deməkdir ki, smartfonların istifadəsi artdıqca internetdən istifadə daha çox mobil telefonlar üzərindən həyata keçirilir. Məsələn, Böyük Britaniyada sosial şəbəkə istifadəçilərinin 25 faizi mobil telefon vasitəsilə internetə qoşulurlar. Bu tendensiya Azərbaycanda da müşahidə olunur.
Mobil texnologiyalar Azərbaycanda həyatın müxtəlif sahələrində proseslərin səmərəliliyini artıracaq
"Azərfon" MMC MDB məkanında ilk dəfə olaraq Azərbaycanda "FutureLab" İnnovativ Texnologiyalar Mərkəzini yaratmaqla bu istiqamətdə perspektiv imkanlar təqdim edib. "FutureLab" konsepsiyalı layihələr dünyanın cəmi 5 ölkəsi, Avstraliya, ABŞ, Cənubi Koreya, Finlandiya və İspaniyada fəaliyyət göstərdiyini nəzərə alsaq, İKT sahəsində liderliyə iddialı olan ölkəmiz üçün bunun nə demək olduğu aydın görünür. Belə layihələrə, həmçinin "SmartLab" də deyirlər."Azərfon"MMC-nin Korporativ əlaqələr departamentinin rəhbəri Elşad Fərzəliyevin "Rabitə dünyası" qəzetinə verdiyi məlumata görə, konsepsiyanın əsas mahiyyəti ən son mobil texnologiyalar əsasında insanlar üçün innovativ həllər və elektron xidmətlər hazırlamaqdır. "FutureLab" tipli layihələr innovativ araşdırmalar profilli mərkəz rolunu oynayır. Belə mərkəzlərə informasiya texnologiyaları (İT) üzrə gənc mütəxəssislər cəlb olunur, araşdırmalar aparılır.
Sonradan ən uğurlu layihələr maliyyələşdirilir və əhaliyə təqdim olunur. "FutureLab" layihəsi Azərbaycanın regional innovasiya mərkəzinə çevrilməsinə dəstək olacaq. "Azərfon"un yaratdığı "FutureLab" layihəsi texnoloji inkişafa, sosial inkişafa xidmət edəcək. "FutureLab" mobil texnologiyaların Azərbaycanda həyatın müxtəlif sahələrində proseslərin səmərəliliyinin artırılmasına kömək edəcək.
Xüsusən də, təhsil, ictimai nəqliyyat və səhiyyə sistemində mobil texnologiyaların istifadəsi Azərbaycan üçün daha perspektivlidir. Bu istiqamətdə müəyyən işlər artıq bəhrəsini verir. Məsələn, "Azərfon"un "3G" texnologiyası əsasında işləyən məsafədən müşahidə kameraları Bakının 47 saylı məktəbində quraşdırılıb.
Valideynlər övladlarının dərsə davamiyyətini, təhsil prosesini evdə, işdə və ya bağda oturub, sadəcə, mobil telefonun düyməsini basaraq izləmək imkanı var. Bu sistem Azərbaycanda artıq tətbiq olunur. "FutureLab"ın hazırda prioritet istiqamətləri "3G" mobil texnologiyaların orta və ali təhsil sistemində istifadəsini genişləndirməkdir.
Qeyd edək ki, "Azərfon" ölkəmizdə "3G" texnologiyasını tətbiq edən ilk operator olaraq hazırda ölkənin şəhər və bölgələrində əhaliyə genişzolaqlı mobil internet xidmətləri təqdim edir. Azərbaycanda yeni texnologiyaların bir çox sahələrdə tətbiqi genişlənməkdədir.
Bunun üçün dövlət və özəl strukturlar böyük investisiyalar ayırır, mövcud infrastruktur ən son texnologiyalar əsasında yenidən qurulur.
Digər tərəfdən isə, Azərbaycan əhalisi özü də yeni texnologiyalara böyük maraq göstərir.
Son statistik məlumatlara fikir versəz, aydın olur ki, Azərbaycanda əhalinin hamısı mobil telefon istifadəçisidir, əhalinin 50 faizindən çoxu internet xidmətlərindən istifadə edir, orta məktəblərdə kompyuterləşdirmə layihələri gündən-günə artır, nəqliyyatın idarə olunmasında elektron həllər istifadə edilir, vergilər sistemi tam elektronlaşıb və s.
Qlobal statistikaya nəzər yetirsək görərik ki, dünya əhalisinin internetdən istifadə tendensiyası dəyişmək üzrədir. 700 milyon insan genişzolaqlı mobil internetdən istifadə edir. Son rəqəmlərə əsasən 2015-ci il üçün mobil telefon istifadəçilərinin sayı 7 milyarda çatacaq, bunun da 25 faizini smartfon istifadəçiləri təşkil edir.
Bu, o deməkdir ki, smartfonların istifadəsi artdıqca internetdən istifadə daha çox mobil telefonlar üzərindən həyata keçirilir. Məsələn, Böyük Britaniyada sosial şəbəkə istifadəçilərinin 25 faizi mobil telefon vasitəsilə internetə qoşulurlar. Bu tendensiya Azərbaycanda da müşahidə olunur.
Baxış sayı: 1266
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır