12px13px15px17px
Tarix:14/03/12

“Azercell” “HP” şirkəti tərəfindən

“Azercell Telekom” MMC şirkətinin İnformasiya və Kommunikasiya Texnologiyaları Departamenti uzun müddət sıx əməkdaşlıq apardığı “Hewlett-Packard” (HP) şirkətinin Azərbaycanda fəaliyyət göstərən nümayəndəliyi tərəfindən xüsusi sertifikata layiq görülüb.

Bu barədə şirkətdən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumatda bildirilir. Bildirilir ki, həmin mükafat şirkətin təsis etdiyi “İT Club” tərəfindən müxtəlif texniki həllər təqdim edən əməkdaş şirkətlərə verilir. “HP”-nin “İT Club”-ı Azərbaycanda 2 ildir ki, fəaliyyət göstərir və bu klubda İnformasiya Texnologiyaları üzrə mütəxəssislər bir araya gələrək İT sahəsində önəmli olan həlləri nəzərdən keçirirlər.

Beləliklə, 2012-ci ildə “Azercell Telekom” MMC-nin  təqdim etdiyi “Converged İnfrastructure Solution” texniki həllinə görə “HP” şirkətinin xüsusi sertifikatına layiq görülüb. Belə ki, “HP”-nin təqdim etdiyi texniki həllərdən istifadə edərək “Azercell”-in İT mütəxəssisləri müxtəlif mürəkkəb texniki əməliyyatları həyata keçirməyə imkan verən unikal sistem işləyib hazırlamışlar.

“HP”-nin bir qrup serveri olan “Bleyd” serverləri üzərində müəyyən həllər düşünülərək bir neçə serverin üzərində ümumi bir proqram  təminatı  hazırlanmış, bunun vasitəsilə bütün resursları bir istiqamətə yönləndirmək mümkün olmuşdur.

“Azercell”-in təqdim etdiyi digər texniki həll isə daha qlobaldır: şirkətin strategiyasını əldə edəcək hesabatları, çox vacib maliyyə hesabatları və bir qrup ümumi hesabatları təmin edən “Data Warehouse” adlanan bir verilənlər bazası mövcuddur ki, “Azercell” mütəxəssisləri “HP Superdome2” serveri və “XP24000 SAN” əsasında “Data Warehouse” həllini tətbiq edə bilmişdir.

 Bunun nəticəsində alınan performans digər “Data Warehouse” həllərindən daha yüksək səviyyəyə çatmışdır. Həmçinin, “HP Blade” serverləri üzərində “Oracle RAC” texnologiyası tətbiq edilmiş və testlər  göstərmişdir ki, əldə olunan performans göstəriciləri “SUN BladeⅦ” serverlər üzərində qurulan “Oracle RAC” sistemlərindən daha yüksəkdir.

“Azercell Telekom” MMC-nin mütəxəssisləri daim şirkətin texniki bazasının təkmilləşdirilməsi üzərində çalışaraq ölkə miqyasında unikal texniki həllər təqdim etməkdə davam edir.

RƏVAN
 
 
 
 




Baxış sayı: 1199

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024