Tarix:14/03/12
"Nar Mobile"-ın müştəriləri bu tərəfdaşlıqdan faydalanmaq imkanını əldə edəcəklər, belə ki, milli bazarda tanınan "Nar Mobile" brendi dünya miqyaslı "Vodafone" brendi ilə bir araya gələrək, "Nar Mobile" ilə "Vodafone" məhsul və xidmətlərini bazarda birgə reallaşdıracaqlar. "Azerfon" şirkəti "Vodafone"-nun dünya miqyasında özünü doğrultmuş münasib təcrübəsindən istifadə edərək, bu tərəfdaşlıqdan artıq əhəmiyyətli dərəcədə bəhrələnə bilib.
"Azerfon"-un Baş İcraçı Direktoru Yurqen Pits bildirmişdir: "Biz öz müştərilərimizə Avropa standartlarına uyğun xidmət göstəririk – hər bir şəxs fərdi təhlükəsizlik və müştəriyə xidmət işində ən yüksək dərəcədə qayğını duymalıdır".
"Azerfon" ilə "Vodafone" arasında 2009-cu ildə imzalanmış Tərəfdaşlıq haqqında Saziş Azərbaycanda mobil rabitənin inkişafında yeni mərhələyə çevrildi. Həmin tərəfdaşlıq sayəsində "Nar Mobile"-ın müştəriləri 120-dən artıq ölkədə səsli və məlumat rouminq xidmətlərindən istifadə etmək imkanını əldə edəcəklər.
Telefon nömrələri 070 və 077 kodları ilə başlayan bütün müştərilər eyni xidmət və tariflərdən istifadə edəcəklər və eyni şəbəkə vasitəsilə xidmətlərdən yararlanacaqlar.
"Nar Mobile", sözün əsl mənasında, Azərbaycanda 3G xidmətlərini təqdim edən, o cümlədən video zəng, yüksək sürətlə məlumatların ötürülməsi, təkmil səs keyfiyyəti və 2012-ci ildə geniş şəbəkə əhatəsi və imkanlara malik olacaq ilk şirkətdir.
Saniyədə 384 kb sürətlə məlumatları ötürən 3G texnologiyasından fərqli olaraq, "Nar Mobile" şəbəkəsi müştərilərə saniyədə 14.4 mb qədər yüksək sürətli ötürülmədən faydalanmaq imkanını yaradacaq. 2011-ci il ərzində, "Nar Mobile" şəbəkənin geniş şəkildə genişləndirilməsi və müasirləşdirilməsinə 80 milyon ABŞ dollardan artıq sərmayə qoymuşdur və bunun nəticəsində, Azərbaycanın bütün şəhər və rayonları 3G şəbəkəsi ilə əhatə olunacaqdır.
Ən qabaqcıl operator olan "Nar Mobile" həmçinin bəyan etmişdir ki, "Nar Mobile" müştəriləri bu yaxınlarda mobil rabitə xidmətlərindən, o cümlədən "Azərbaycan Hava Yolları" şirkətinin uçuşları zamanı səsli zəng, SMS və internet tam şəkildə istifadə edə biləcəklər.
“Azerfon” şirkətinin “Vodafone” ilə tərəfdaşlığı Nar Mobile brendini də əhatə edəcək
Azərbaycanın ən sürətlə inkişaf edən və ən qabaqcıl telekommunikasiya şirkətlərindən biri olan "Azerfon" elan etmişdir ki, martın 14-dən etibarən onun "Vodafone" şirkəti ilə apardığı tərəfdaşlıq həmçinin "Nar Mobile" brendini də əhatə edəcəkdir."Nar Mobile"-ın müştəriləri bu tərəfdaşlıqdan faydalanmaq imkanını əldə edəcəklər, belə ki, milli bazarda tanınan "Nar Mobile" brendi dünya miqyaslı "Vodafone" brendi ilə bir araya gələrək, "Nar Mobile" ilə "Vodafone" məhsul və xidmətlərini bazarda birgə reallaşdıracaqlar. "Azerfon" şirkəti "Vodafone"-nun dünya miqyasında özünü doğrultmuş münasib təcrübəsindən istifadə edərək, bu tərəfdaşlıqdan artıq əhəmiyyətli dərəcədə bəhrələnə bilib.
"Azerfon"-un Baş İcraçı Direktoru Yurqen Pits bildirmişdir: "Biz öz müştərilərimizə Avropa standartlarına uyğun xidmət göstəririk – hər bir şəxs fərdi təhlükəsizlik və müştəriyə xidmət işində ən yüksək dərəcədə qayğını duymalıdır".
"Azerfon" ilə "Vodafone" arasında 2009-cu ildə imzalanmış Tərəfdaşlıq haqqında Saziş Azərbaycanda mobil rabitənin inkişafında yeni mərhələyə çevrildi. Həmin tərəfdaşlıq sayəsində "Nar Mobile"-ın müştəriləri 120-dən artıq ölkədə səsli və məlumat rouminq xidmətlərindən istifadə etmək imkanını əldə edəcəklər.
Telefon nömrələri 070 və 077 kodları ilə başlayan bütün müştərilər eyni xidmət və tariflərdən istifadə edəcəklər və eyni şəbəkə vasitəsilə xidmətlərdən yararlanacaqlar.
"Nar Mobile", sözün əsl mənasında, Azərbaycanda 3G xidmətlərini təqdim edən, o cümlədən video zəng, yüksək sürətlə məlumatların ötürülməsi, təkmil səs keyfiyyəti və 2012-ci ildə geniş şəbəkə əhatəsi və imkanlara malik olacaq ilk şirkətdir.
Saniyədə 384 kb sürətlə məlumatları ötürən 3G texnologiyasından fərqli olaraq, "Nar Mobile" şəbəkəsi müştərilərə saniyədə 14.4 mb qədər yüksək sürətli ötürülmədən faydalanmaq imkanını yaradacaq. 2011-ci il ərzində, "Nar Mobile" şəbəkənin geniş şəkildə genişləndirilməsi və müasirləşdirilməsinə 80 milyon ABŞ dollardan artıq sərmayə qoymuşdur və bunun nəticəsində, Azərbaycanın bütün şəhər və rayonları 3G şəbəkəsi ilə əhatə olunacaqdır.
Ən qabaqcıl operator olan "Nar Mobile" həmçinin bəyan etmişdir ki, "Nar Mobile" müştəriləri bu yaxınlarda mobil rabitə xidmətlərindən, o cümlədən "Azərbaycan Hava Yolları" şirkətinin uçuşları zamanı səsli zəng, SMS və internet tam şəkildə istifadə edə biləcəklər.
Baxış sayı: 1519
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır