12px13px15px17px
Tarix:15/03/12

Kəndlərdən internetə çıxış daha da asanlaşacaq

Regionlarda informasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində nəzərdə tutulan tədbirlər planının icrası sürətlə davam edir. Hazırda bütün kəndlərin elektronlaşması ilə yanaşı, optik kabellərlə təmin olunması işləri aparılır.

Hazırda bütün bölgələr kimi, Neftçalada da bütün kənd və qəsəbələr tam elektron sisteminə keçirilib. Bundan başqa  Salyan – Neftçala Fiber-Optik magistral bağlantı təmin olunması ilə rayonda müasir rabitə şəbəkəsinin əsası qoyulub.  

Neftçala TKQ-nın rəisi Zülfəli Muradovun “Rabitə dünyası” qəzetinə verdiyi məlumata görə, hal-hazırda rayon mərkəzindən bütün kəndlər istiqamətində FO kabelinin çəkilişi işlərinə başlanılıb. Rayon mərkəzindən Həsənabad, Xıllı, Bankə qəsəbələri,  Mirqurbanlı, Boyat, Qədimkənd, Y.Qaramanlı, A.Surra, Ərəbqardaşbəyli, Qazaxbərə, Mayak, Şirvanlı kəndlərinin FO kabeli ilə mərkəzlə bağlantısı təşkil olunub.

Bu işlərin davamı olaraq bu gün rayonun Xolqarabucaq zonası kəndlərə FO kabelinin çəkilişi davam etdirilir. Həsənabad, Xıllı, Qədimkənd EATS-də hər biri 48 portdan ibarət DSLAM avadanlığı quraşdırılaraq sakinlərin internetə çıxışı təmin olunub.

ADSL istifadəçilərinin sayı 400-ə çatdırılıb. Son illərdə rayonun Yeniqışlaq kəndində 96 nömrəlik, Ərəbqardaşbəyli kəndində 112 nömrəlik, Sübhi kəndində 128 nömrəlik, Qazaxbərəsi kəndində 96 nömrəlik EATS quraşdırılıb, əhalinin istifadəsinə verilib.

Ötən il 157 sakinin mənzili telefonlaşdırılıb. Qovşaq tam elektron sisteminə keçib. Hazırda qovşaq 8944 montaj tutumuna malikdir. Qovşağın ərazisində 44 Peyk rabitəsindən istifadə edilir.
Telekommunikasiya qovşağının binasında təhlükəsizliyin təmin olunması üçün müşahidə kameraları qurulub.

Z.Muradov bildirdi ki, hal-hazırda rayonun Bankə qəsəbəsində tutumu 816 nömrəlik EATS, Xıllı qəsəbəsində 592 nömrəlik EATS, Həsənabad qəsəbəsində tutumu 560 nömrəlik EATS əhaliyə xidmət göstərir. Cəngən və Qaçaqkənd EATS-lərinin hər birindən 16 nömrə çıxarılaraq Həsənabad və Xıllı EATS-lərinin hər birinə 16 nömrə artırılıb. Ötən illərə nisbətən qəsəbələrdə son zamanlar  nömrə artımı ilə yanaşı, portların da sayında artım olub.

Hazırda qovşaq üzrə “Aztelekom.net”, “DataPlus” , “Q-Telekom”, “Premier Group” internet provayderləri fəaliyyət göstərir. Hal- hazırda rayonda 3 özəl provayder fəaliyyət göstərir. “Aztelekom”İB tərəfindən bütün internet provayderlərə bərabər şəraitin yaradılması onların işinə də öz təsirini göstərib. Bütün görülən tədbirlərin nəticəsində kəndlərdə belə sakinlərin internetə çıxş imkanlığı daha da asanlaşıb.

Rayonun Haqverdili kəndində 4 nömrədən ibarət peyk vasitəsilə işləyən mini-ATS qurulub, əlavə 12 ədəd nömrənin verilməsi nəzərdə tutulub. Yeni Mayak kəndində əlavə 32 nömrə tutumlu EATS qurulub, əhaliyə yeni telefon çəkilişi aparılıb.  

Rayonda İKT sahəsinin daha da inkişaf etdirilməsi üçün perspektiv layihələr nəzərdə tutulub. Rayonda bütün kəndlərin optik kabellərlə təmin olunması, insan faktorunun önə çəkilərək bütün kəndlərdə multimedia xidmətlərinə çıxışının təmin olunması gündəlikdə duran məsələdir.
 




Baxış sayı: 1011

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024