12px13px15px17px
Tarix:16/03/12

“İntel Capital” ilin əvvəlindən startaplara 66 milyon dollar sərmayə yatırıb

“İntel” şirkətindən bu gün, martın 16-da bildiriblər ki, 2011-ci ildə onun “İntel Capital” investisiya bölməsi 89 yeni və 69 əlavə investisiya daxil olmaqla, 158 kapital qoyuluşu həyata keçirib.

Ümumilikdə 2011-ci ildə təxminən 526 milyon dollar sərmayə yatırılıb. Həmin sərmayənin 409 milyonu yeni kapital qoyuluşudur.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, 2011-ci ildə investisiyalar regionlar üzrə aşağıdakı qaydada bölünüb:

    •    13% – Hindistan, Yaponiya, Cənub-Şərqi Asiya
    •    3% – Tayvan, Koreya
    •    12% – Çin
    •    14% – Qərbi Avropa və İsrail
    •    6% – Yaxın Şərq, Mərkəzi və Şərqi Avropa, Rusiya
    •    2% – Latın Amerikası, Meksika
    •    49% – Şimali Amerika

Məlumat üçün bildirim ki, 1991-ci ildən etibarən “İntel Capital” investisiya bölməsi 51 ölkədə 1218-dən çox şirkətə $10,5 milyarddan yuxarı sərmayə yatırıb.

 
EMİL




Baxış sayı: 853

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024