12px13px15px17px
Tarix:17/03/12

Təhsil sistemi çərçivəsində 30-a yaxın kateqoriya üzrə veb-saytlar filtrasiyadan keçirilir

Təhsil sistemi çərçivəsində 30-a yaxın kateqoriya üzrə veb-saytlar filtrasiyadan keçirilir. Bu haqda qərar “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində məzmunun təhlükəsizliyinin təmin olunması üçün yaradılmış Təhsil Nazirliyində İnternetdən istifadə məsələləri üzrə şura tərəfindən qəbul edilib. 

Şagirdlərin və tələbələrin psixikasını və mənəviyyatını qorumaq, onları yetişən nəslin sağlam formalaşaması üçün zərərli olan informasiyalardan istifadəsini məhdudlaşdırmaq üçün Azərbaycan Təhsil Şəbəkəsi (AZEDUNET) çərçivəsində “Websense” proqramı tətbiq edilir. “Websense” proqramı avtomatlaşdırılmış şəkildə bütün saytları filtrasiya edir və əgər internet-resurs qadağa qoyulmuş kateqoriyalara aiddirsə, ona girişi qadağan edir.

“Websense” proqramı vasitəsilə internetdə yerləşən video və audiofayllara da çıxışı məhdudlaşdırmaq olur. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir.  
  
Qeyd edək ki, şuranın əsas fəaliyyət istiqamətləri filtrasiya və tədris ocaqlarında təhsil alan məktəblilərin və tələbələrin zərərli informasiyaya çıxışını məhdudlaşdırmaq üzrə tövsiyələr və praktik təkliflər hazırlamaqdır. Bu prosesi təmin etmək üçün şura Böyük Britaniya, ABŞ, Rusiya və  Estoniyanın təcrübəsindən geniş istifadə edir. 
 




Baxış sayı: 1270

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024