Tarix:17/03/12
London Universitet Kollecindən Kayl Cazmin və Yeni Sosial Araşdırmalar Məktəbindən (Nyu-York) Daniel Kasasanto yeni kəşfə imza atmışlar. Cazmin demişdir: "Asanlıqla çap edilən sözün böyük müsbət çəkisi vardır".
Klaviaturanı xəyalən iki hissəyə bölsək, sağ tərəfə nisbətən sol tərəfdə daha çox latın hərfi olacaqdır. Sol əlin barmaqları 15 hərfə, sağ əlin barmaqları isə 11 hərfə cavabdehdir. Sol əlin barmaqları daha çox hərflə işləyir, daha mürəkkəb hərf kombinasiyası daşıyan sözlər çap edir.
Mütəxəssislər müəyyənləşdirmişlər ki, klaviaturanın sağ tərəfinin hər bir hərfi sözə xoş münasibəti orta hesabla 4 faiz artırır. Sol tərəfin hərfləri ilə isə tamamilə əks mənzərə yaradır. Nisbətin aparıcı sayılan sağ əllə daha rahat çap etməklə müəyyən olunduğunu düşünmək daha məntiqi olardı, lakin, sən demə, sağ tərəfdəki hərflər solaxaylar üçün də xoş əhval yaradır.
Tədqiqatçılar QWERTY düzülüşünün icadından sonra əmələ gəlmiş sözləri ayrılıqda təhlil etməyə başlamışlar. Qəribə də olsa, sözlərin müsbət və ya mənfi qavranılmasının klaviaturadakı hərflərin düzülüşündən asılı olduğu daha aydın görünmüşdür.
İnternetdə qeyri-rəsmi ünsiyyət zamanı istifadə olunan nisbətən yeni LOL (ingilis dilindəki "laught out loud" söz birləşməsi) abreviaturasını götürək. Onun tərkibindəki bütün hərflər klaviaturanın sağ tərəfində yerləşir.
Tədqiqatın daha bir mərhələsi bu və ya digər sözün qavranılması ilə bağlı könüllülər arasında aparılmış sorğu olmuşdur. Nəticələrə əsasən reytinq qurulmuşdur. O da əvvəlki qənaətləri təsdiqləyərək mütəxəssislərin sözlərin qavranılması və klaviaturadakı hərflərin düzülüşü arasında birbaşa asılılığın olduğunu iddia etmələrinə şərait yaratmışdır.
Klaviaturadakı hərflər insanın söz ehtiyatına müsbət təsir göstərir
Latın əlifbası üçün klaviaturanın QWERTY düzülüşü dünyada ən populyar düzülüşdür. 1870-ci illərdə Kristofer Şoulz tərəfindən ilk çap makinaları üçün düşünülmüş həmin düzülüşdən bir əsrdən çoxdur istifadə olunur.London Universitet Kollecindən Kayl Cazmin və Yeni Sosial Araşdırmalar Məktəbindən (Nyu-York) Daniel Kasasanto yeni kəşfə imza atmışlar. Cazmin demişdir: "Asanlıqla çap edilən sözün böyük müsbət çəkisi vardır".
Klaviaturanı xəyalən iki hissəyə bölsək, sağ tərəfə nisbətən sol tərəfdə daha çox latın hərfi olacaqdır. Sol əlin barmaqları 15 hərfə, sağ əlin barmaqları isə 11 hərfə cavabdehdir. Sol əlin barmaqları daha çox hərflə işləyir, daha mürəkkəb hərf kombinasiyası daşıyan sözlər çap edir.
Mütəxəssislər müəyyənləşdirmişlər ki, klaviaturanın sağ tərəfinin hər bir hərfi sözə xoş münasibəti orta hesabla 4 faiz artırır. Sol tərəfin hərfləri ilə isə tamamilə əks mənzərə yaradır. Nisbətin aparıcı sayılan sağ əllə daha rahat çap etməklə müəyyən olunduğunu düşünmək daha məntiqi olardı, lakin, sən demə, sağ tərəfdəki hərflər solaxaylar üçün də xoş əhval yaradır.
Tədqiqatçılar QWERTY düzülüşünün icadından sonra əmələ gəlmiş sözləri ayrılıqda təhlil etməyə başlamışlar. Qəribə də olsa, sözlərin müsbət və ya mənfi qavranılmasının klaviaturadakı hərflərin düzülüşündən asılı olduğu daha aydın görünmüşdür.
İnternetdə qeyri-rəsmi ünsiyyət zamanı istifadə olunan nisbətən yeni LOL (ingilis dilindəki "laught out loud" söz birləşməsi) abreviaturasını götürək. Onun tərkibindəki bütün hərflər klaviaturanın sağ tərəfində yerləşir.
Tədqiqatın daha bir mərhələsi bu və ya digər sözün qavranılması ilə bağlı könüllülər arasında aparılmış sorğu olmuşdur. Nəticələrə əsasən reytinq qurulmuşdur. O da əvvəlki qənaətləri təsdiqləyərək mütəxəssislərin sözlərin qavranılması və klaviaturadakı hərflərin düzülüşü arasında birbaşa asılılığın olduğunu iddia etmələrinə şərait yaratmışdır.
Baxış sayı: 1707
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır