12px13px15px17px
Tarix:19/03/12

İnternetə qoşulan məktəblərin sayı 1200-ə çatdırılıb

Təhsil Nazirliyinin çoxsaylı prioritetləri sırasında əsas məqsədlərdən biri də ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə (İKT)  təminatının gücləndirilməsi, İKT-nin tətbiqi vasitəsilə təhsilin keyfiyyətinin yüksəldilməsidir.

Bu məqsədə çatmaq üçün ilk mərhələ olaraq, respublika prezidentinin 2005-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İKT ilə təminatı proqramı (2005-2007-ci illər)” icra edilib. Hazırda prezidentin 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunan və 2008-2013-cü illəri əhatə edən “Təhsil sisteminin informasiyalaşdırılması proqramı”nın icrası davam etdirilir.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, proqramların icrasından ötən müddətdə ümumtəhsil məktəblərinə 33708 ədəd kompyuter, 2809 ədəd proyektor və noutbuk dəsti, 4000 şagirdə netbuklar verilib: ”Nəticədə şagird-kompyuter nisbəti 2004-cü ildəki 1:1063 nisbətindən 2011-ci ildə 1:20 nisbətinə çatıb.

Təhsil müəssisələrinin 75 min nəfər pedaqoji, texniki və inzibati işçisi İKT üzrə öyrədici təlim kurslarından keçirilib. Fənlər üzrə elektron tədris resursları hazırlanıb və istifadə olunmaqdadır. “Elektron məktəb” layihəsinin reallaşdırılmasına başlanılıb. Bundan başqa, internetə qoşulan məktəblərin göstəricisi 26 faiz olmaqla, onların sayı 1200-ə çatdırılıb”.
 
 
HƏQİQƏT
 




Baxış sayı: 1327

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024