Tarix:19/03/12
Onun sözlərinə görə, Bakı sessiyası Milli Məclisdə (MM) keçiriləcək və MM-in sədri Oqtay Əsədov tərəfindən açılacaq. Millət vəkili bildirib ki, AVRONEST PA-nın Bakı sessiyası zamanı bir sıra yeniliklər tətbiq ediləcək. Belə ki, ilk dəfə olaraq qurumun Bakı sessiyası zamanı elektron səsvermədən istifadə ediləcək.
Bunun üçün səsvermədə iştirak edəcək Avropa Parlamenti üzvləri və Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyətlərinin üzvləri xüsusi kartlarla təmin ediləcəklər. Bununla yanaşı, AVRONEST PA-nın Bakı sessiyasına həsr olunmuş internet saytı fəaliyyət göstərəcək. Artıq internet saytının hazırlanması son mərhələdədir və yaxın günlərdə istifadəçilərin ixtiyarına veriləcək.
E.Süleymanovun sözlərinə görə, martın 15-də Strasburqda keçirilən AVRONEST PA-nın Büro iclasında Bakı sessiyasının gündəliyi müzakirə edilərək təsdiqlənib. Gündəlikdə qurumun plenar sessiyası, daimi komitələrin və Belarus üzrə işçi qrupu iclaslarının, eləcə də büro iclasının keçirilməsi haqqında razılıq əldə edilib.
Bundan başqa, cari ilin yanvar ayının sonlarında Siyasi məsələlər, Enerji təhlükəsizliyi və İqtisadi inteqrasiya komitələrinin Brüsseldə, Sosial məsələlər Komitəsinin isə fevral ayında İrəvanda iclasları keçirilib ki, bu iclaslarda da komitələrin hazırladıqları məruzə layihələri müzakirəyə çıxarılıb, həmin sənədlər qurum üzvləri və Şərq Tərəfdaşlığı milli nümayəndə heyətləri tərəfindən əlavə və dəyişikliklər edilməsi üçün açıq elan edilib: "Bu sənəd layihələri bütövlükdə qurumun məqsədlərini əks etdirməklə yanaşı, eyni zamanda, Azərbaycanın maraqlarına uyğundur.
Bakı sessiyası zamanı komitələr tərəfindən hazırlanmış sənədlər təklif edilmiş əlavə və dəyişikliklərlə birlikdə müzakirə edilərək qətnamə şəklində qəbul ediləcək. Siyasi Məsələlər Komitəsində həmməruzəçi millət vəkili Əli Hüseynli, Enerji Təhlükəsizliyi Komitəsində həmməruzəçi millət vəkili Rasim Musabəyov olacaq".
Azərbaycan tərəfi ikinci sessiyaya ev sahibliyi edəcək tərəf kimi sessiyanın gündəliyi ilə bağlı bir sıra təkliflər də irəli sürüb. Bu təkliflər sırasında AVRONEST PA həmprezidentləri Kristian Vigenin və Boris Tarasyukun rəhbərliyi ilə qurumun Büro üzvlərinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü və İlham Əliyevin Plenar sessiyada çıxış etməsi yer almışdı.
Bu təkliflər müzakirə edilərək qəbul edilib. Bundan başqa, Azərbaycan tərəfi komitə iclaslarında müzakirə ediləcək mövzu çərçivəsində ölkəmizin müvafiq nazirliklərinin yüksək səviyyəli məmurlarının çıxış etməsi təklifini də verib. Xarici işlər naziri Elmar Məmmədyarovun Siyasi Məsələlər Komitəsinin, Sənaye və energetika naziri Natiq Əliyevin Enerji Təhlükəsizliyi Komitəsinin, İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın İqtisadi İnteqrasiya Komitəsinin və Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin isə Sosial Məsələlər Komitəsinin iclasında çıxış etmələri haqqında razılıq əldə edilib.
Eyni zamanda, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin və ya vitse-prezident Elşad Nəsirovun və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlovun Enerji Təhlükəsizliyi Komitəsinin, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun Siyasi Məsələlər Komitəsinin, təhsil naziri Misir Mərdanovun, idman və gənclər naziri Azad Rəhimovun isə Sosial məsələlər Komitəsinin iclasına dəvət edilmələri barədə Azərbaycan tərəfinin təklifi müsbət qarşılanaraq qəbul edilib.
Qeyd edək ki, AVRONEST PA iki komponentdən ibarətdir. Bu komponentlərin biri Avropa Parlamentinin 60 nəfər deputatından və digəri isə Şərq Tərəfdaşları ölkələrinin (Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova və Ermənistan) hər birinin milli parlamentlərinin 10 deputatından təşkil edilib. Bakı sessiyasında AVRONEST PA-nın Avropa Parlamenti komponenti və Ukrayna, Gürcüstan, Moldova və Ermənistan nümayəndə heyətləri tam tərkibdə iştirak edəcəklər.
HƏQİQƏT
İlk dəfə olaraq AVRONEST PA-nın Bakı sessiyası zamanı elektron səsvermədən istifadə ediləcək
Azərbaycan AVRONEST Parlament Assambleyasının (PA) BAKI sessiyasına tam hazırdır. Artıq qurumun 2-4 aprel 2012-ci ildə Bakıda keçiriləcək sessiyasına texniki və təşkilati hazırlıq işləri başa çatdırılıb. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov məlumat verib.Onun sözlərinə görə, Bakı sessiyası Milli Məclisdə (MM) keçiriləcək və MM-in sədri Oqtay Əsədov tərəfindən açılacaq. Millət vəkili bildirib ki, AVRONEST PA-nın Bakı sessiyası zamanı bir sıra yeniliklər tətbiq ediləcək. Belə ki, ilk dəfə olaraq qurumun Bakı sessiyası zamanı elektron səsvermədən istifadə ediləcək.
Bunun üçün səsvermədə iştirak edəcək Avropa Parlamenti üzvləri və Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyətlərinin üzvləri xüsusi kartlarla təmin ediləcəklər. Bununla yanaşı, AVRONEST PA-nın Bakı sessiyasına həsr olunmuş internet saytı fəaliyyət göstərəcək. Artıq internet saytının hazırlanması son mərhələdədir və yaxın günlərdə istifadəçilərin ixtiyarına veriləcək.
E.Süleymanovun sözlərinə görə, martın 15-də Strasburqda keçirilən AVRONEST PA-nın Büro iclasında Bakı sessiyasının gündəliyi müzakirə edilərək təsdiqlənib. Gündəlikdə qurumun plenar sessiyası, daimi komitələrin və Belarus üzrə işçi qrupu iclaslarının, eləcə də büro iclasının keçirilməsi haqqında razılıq əldə edilib.
Bundan başqa, cari ilin yanvar ayının sonlarında Siyasi məsələlər, Enerji təhlükəsizliyi və İqtisadi inteqrasiya komitələrinin Brüsseldə, Sosial məsələlər Komitəsinin isə fevral ayında İrəvanda iclasları keçirilib ki, bu iclaslarda da komitələrin hazırladıqları məruzə layihələri müzakirəyə çıxarılıb, həmin sənədlər qurum üzvləri və Şərq Tərəfdaşlığı milli nümayəndə heyətləri tərəfindən əlavə və dəyişikliklər edilməsi üçün açıq elan edilib: "Bu sənəd layihələri bütövlükdə qurumun məqsədlərini əks etdirməklə yanaşı, eyni zamanda, Azərbaycanın maraqlarına uyğundur.
Bakı sessiyası zamanı komitələr tərəfindən hazırlanmış sənədlər təklif edilmiş əlavə və dəyişikliklərlə birlikdə müzakirə edilərək qətnamə şəklində qəbul ediləcək. Siyasi Məsələlər Komitəsində həmməruzəçi millət vəkili Əli Hüseynli, Enerji Təhlükəsizliyi Komitəsində həmməruzəçi millət vəkili Rasim Musabəyov olacaq".
Azərbaycan tərəfi ikinci sessiyaya ev sahibliyi edəcək tərəf kimi sessiyanın gündəliyi ilə bağlı bir sıra təkliflər də irəli sürüb. Bu təkliflər sırasında AVRONEST PA həmprezidentləri Kristian Vigenin və Boris Tarasyukun rəhbərliyi ilə qurumun Büro üzvlərinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü və İlham Əliyevin Plenar sessiyada çıxış etməsi yer almışdı.
Bu təkliflər müzakirə edilərək qəbul edilib. Bundan başqa, Azərbaycan tərəfi komitə iclaslarında müzakirə ediləcək mövzu çərçivəsində ölkəmizin müvafiq nazirliklərinin yüksək səviyyəli məmurlarının çıxış etməsi təklifini də verib. Xarici işlər naziri Elmar Məmmədyarovun Siyasi Məsələlər Komitəsinin, Sənaye və energetika naziri Natiq Əliyevin Enerji Təhlükəsizliyi Komitəsinin, İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın İqtisadi İnteqrasiya Komitəsinin və Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin isə Sosial Məsələlər Komitəsinin iclasında çıxış etmələri haqqında razılıq əldə edilib.
Eyni zamanda, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin və ya vitse-prezident Elşad Nəsirovun və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlovun Enerji Təhlükəsizliyi Komitəsinin, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun Siyasi Məsələlər Komitəsinin, təhsil naziri Misir Mərdanovun, idman və gənclər naziri Azad Rəhimovun isə Sosial məsələlər Komitəsinin iclasına dəvət edilmələri barədə Azərbaycan tərəfinin təklifi müsbət qarşılanaraq qəbul edilib.
Qeyd edək ki, AVRONEST PA iki komponentdən ibarətdir. Bu komponentlərin biri Avropa Parlamentinin 60 nəfər deputatından və digəri isə Şərq Tərəfdaşları ölkələrinin (Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova və Ermənistan) hər birinin milli parlamentlərinin 10 deputatından təşkil edilib. Bakı sessiyasında AVRONEST PA-nın Avropa Parlamenti komponenti və Ukrayna, Gürcüstan, Moldova və Ermənistan nümayəndə heyətləri tam tərkibdə iştirak edəcəklər.
HƏQİQƏT
Baxış sayı: 1641
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib