12px13px15px17px
Tarix:19/03/12

“İntel” korporasiyası İsrail bölməsinin mövqeyini gücləndirir

Amerikanın "İntel" korporasiyası  600-dən çox insanı işə qəbul etməyi planlaşdırır. Həmin işçilər İsrail dövlətinin elmi-tədqiqat və istehsal mərkəzlərində çalışacaqlar. Bu barədə Təl-Əvivdə keçirilən mətbuat konfransında İsraildə yerləşən şirkətin baş meneceri Maksin Fassberq məlumat verib.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, 2011-ci ilin sonuna olan məlumata əsasən, "İntel" korporasiyasının İsrail ofisində 7782 insan (ştatın ümumi sayı 100100 təşkil edir) çalışıb.

 Məlumat üçün bildirim ki, "İntel" korporasiyası 1996-cı ildən etibarən İsrail dövlətinin iqtisadiyyatına təxminən 9,4 milyard dollar həcmində sərmayə yatırıb.



 
EMİL
 




Baxış sayı: 728

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024