12px13px15px17px
Tarix:19/03/12

“PayPal” kiçik biznes üçün mobil ödəmə təqdim edib (VİDEO)

Populyar “eBay” onlayn-hərracına məxsus olan “PayPal” ödəmə sistemi pərakəndə satıcılar və kiçik biznes nümayəndələri üçün nəzərdə tutulmuş “PayPal Here” xidmətinin istifadəyə verilməsini elan edib. Xidmət ödəmə əməliyyatlarını smartfonlar vasitəsi ilə həyata keçirəcək kredit kartlarının xüsusi oxuyucusu ilə tandem şəklində işləyəcək.

Qurğu ödəniş kimi “Visa”, “MasterCard”, “Discover Financial Services” və “American Express” kredit kartlarını qəbul edəcək. Bir ödəmə əməliyyatından tutulacaq komissiya xərci 2,7%-ə bərabərdir.

“PayPal Here” xidməti qərbdə geniş populyarlıq qazanmış “Square” layihəsinin birbaşa rəqibi olmalıdır.
2011-ci ilin nəticəsinə görə, “PayPal” ödəmə sisteminin dövriyyəsi 4 milyard dollar təşkil edib. Bu, keçən illə müqayisədə 700 milyon dollar çoxdur.

“Juniper Research” tədqiqat firmasının proqnozuna əsasən, mobil qurğular vasitəsilə həyata keçiriləcək ödənişlərin həcmi 2015-ci ilədək 170 milyard dollara çata bilər.




 
EMİL




Baxış sayı: 1437

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024