Tarix:27/03/12
Bu istiqamətdə ən əsas vəzifələrdən biri də insanların texnologiyalara çıxışının təmin edilməsidir. Bunun üçün isə ilk növbədə əhalinin kompyuterlərlə təmin edilməsidir. Məhz kütləvi kompyuterləşmə vətəndaşlara informasiya cəmiyyətinin tamhüquqlu üzvü olmağa və informasiya texnologiyalarının nailiyyətlərindən istifadə etməyə imkan verəcək.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, “HP” və “Microsoft” şirkətlərinin birgə olaraq həyata keçirdikləri "Xalq kompyuteri" layihəsini ölkədə kütləvi kompyuterləşmənin ilkin mərhələsi hesab etmək olar.
Layihənin əsas məqsədi əhalinin sosial təbəqələrinin müasir kompyuterlərin və lisenziyalı proqramlarla təchiz edilmiş güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və “e-hökumət”in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, o cümlədən "Elektron Azərbaycan" Dövlət Proqramına və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na tam uyğundur. Layihə bu il başa çatır.
Ancaq onun daha geniş auditoriyaya şamil edilməsi və iştirakçıların marağının artması bu vaxtın uzadılacağına işarədir.
Layihənin məqsədi insanların İKT imkanlarından səmərəli istifadə edərək həyat səviyyəsini yüksəltmək və həyat tərzini yaxşılaşdırmaq, informasiya cəmiyyətinə keçidi təmin etmək üçün aşağıdakı məsələlərin inkişafına nail olmaqdır:
- Əqli əməyin təşviqi;
- Bilik iqtisadiyyatı yönümlü kadrların hazırlanması;
- İKT yönümlü kadrların hazırlanmasını stimullaşdırmaq;
- “E-hökumət”in inkişaf etdirilməsi;
- Təhsil sisteminin dəstəklənməsi;
- İntellektual mülkiyyətin qorunması;
- Kompyuter vərdişlərinin təşviqi;
- Aztəminatlı sosial qrupların dəstəklənməsi;
- Əhalinin kompyuterlərlə təminatına şərait yaratmaq;
- Kompyuter sayını dünyanın orta göstəricilərinə çatdırmaq.
İlkin mərhələdə 4 ay müddətini əhatə edən pilot layihə həyata keçirilmişdir. Bu müddət ərzində layihə çərçivəsində orta məktəb müəllimləri kompyuterlər əldə etmişlər. Layihənin uğurlu keçməsini nəzərə alaraq sonradan layihə digər sosial qruplara da (tələbələr, həkimlər, dövlət qulluqçuları və s.) şamil edilmişdir.
Layihə çərçivəsində “HP” şirkətinin mini-noutları (MiniNote), noutbukları (Notebook) və stolüstü kompyuterləri (Desktop) təqdim olunmuşdur. Bütün bu avadanlıqlarda “Microsoft” şirkətinin lisenziyalı proqram təminatı quraşdırılmışdır. Bu, Azərbaycanın Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında imzalanmış “Məktəb sazişi” çərçivəsində həyata keçirilir.
Bütün avadanlıqlar faizsiz olaraq 12 ay müddətinə kreditə verilir. "Xalq kompyuteri" layihəsi çərçivəsində təqdim olunan kompyuterlər bazar qiymətlərindən 25-40% aşağıdır. Bütün kompyuter alan müəllimlərə əlavə olaraq Təhsil Nazirliyi tərəfindən elektron dərsliklər, sərfəli qiymətlərlə müxtəlif internet xidmətləri, antivirus paketi təqdim olunur.
Kompyuterlərin çatdırılması və aylıq ödəmələrin qəbulu "Azərpoçt" dövlət müəssisəsi tərəfindən təmin edilir. Layihə "Azərpoçt" dövlət müəssisəsi və “HP”-nin və “Microsoft”-un lokal tərəfdaşı olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir. Yeri gəlmişkən, qeyd edək ki, “BestComp Group” şirkətinin əsası 1995-ci ildə qoyulub. Şirkət nəinki Azərbaycanda, hətta bütün Cənubi Qafqazda fəaliyyət göstərən ən nüfuzlu İKT şirkətlərindən biridir.
Hal-hazırda şirkət “HP”, “Acer”, “Microsoft”, “APC”, “Eaton”, “Tripplite”-ın distribütoru, “Oracle”, “CİSCO” və s. kimi nəhəng şirkətlərin biznes tərəfdaşı olaraq onların məhsul və xidmətlərini təqdim edir. “BestComp Group” “Acer”in, “Microsoft”un, “Eaton”un, “Tripplite”-ın bir sıra xarici ölkələrdə də rəsmi distribütorudur. Şirkətin nəzdində “HP”, “Acer”, “APC”, “Eaton” və “Tripplite” şirkətlərinin avtorizə edilmiş servis mərkəzləri fəaliyyət göstərir. İKT sahəsində çalışan 50-dən çox şirkət “BestComp Group”-un diler şəbəkəsinə daxildir.
Xalq kompyuteri layihəsinin icrası Azərbaycanda hökumət-özəl tərəfdaşlıq konsepsiyasının, dövlət strukturlarının və İKT sektorunun dünyada aparıcı biznes qurumları ilə birgə işbirliyinin təzahürü hesab etmək olar.
Bu layihədə ilk növbədə müəllimlərin aktivliyini qeyd etmək lazımdır. Məktəb müəllimləri ilə aparılan söhbətlərdən yalnız bir ümumi çıxarış etmək olar - kompyuterlərin ödənilməsi rahatdır və bu avadanlığın alınmasını çox əlverişli edir. Son məlumata görə, artıq 17000 insan bu layihə çərçivəsində kompyuterlərə sahib olub. Layihənin digər sosial qruplara da şamil edilməsi yüzminlərlə Azərbaycan vətəndaşının müasir kompyuterlərlə təmin edilməsi deməkdir. Daha ətraflı məlumatı “www.xalqkomp.az” saytından əldə etmək olar.
“Xalq kompyuteri” layihəsinin vaxtı uzadılacaq
İnformasiya texnologiyaları müasir cəmiyyətdə mühüm rol oynayır. Müasir insanı, o cümlədən də Azərbaycan vətəndaşının gündəlik həyatını informasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil. Hələ bir neçə il əvvəl informasiya texnologiyaları dedikdə, adətən biz yalnız kompyuter və internet başa düşürdüksə, müasir dövrdə texnologiyalar müxtəlif formalarda həyatımıza tamamilə daxildir. Artıq bu gün hər hansı bir ölkədə vətəndaşların rifahından danışanda vacib qiymətləndirmə faktorlarından biri informasiya texnologiyalarının insan həyatına inteqrasiyasıdır.Bu istiqamətdə ən əsas vəzifələrdən biri də insanların texnologiyalara çıxışının təmin edilməsidir. Bunun üçün isə ilk növbədə əhalinin kompyuterlərlə təmin edilməsidir. Məhz kütləvi kompyuterləşmə vətəndaşlara informasiya cəmiyyətinin tamhüquqlu üzvü olmağa və informasiya texnologiyalarının nailiyyətlərindən istifadə etməyə imkan verəcək.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, “HP” və “Microsoft” şirkətlərinin birgə olaraq həyata keçirdikləri "Xalq kompyuteri" layihəsini ölkədə kütləvi kompyuterləşmənin ilkin mərhələsi hesab etmək olar.
Layihənin əsas məqsədi əhalinin sosial təbəqələrinin müasir kompyuterlərin və lisenziyalı proqramlarla təchiz edilmiş güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və “e-hökumət”in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, o cümlədən "Elektron Azərbaycan" Dövlət Proqramına və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na tam uyğundur. Layihə bu il başa çatır.
Ancaq onun daha geniş auditoriyaya şamil edilməsi və iştirakçıların marağının artması bu vaxtın uzadılacağına işarədir.
Layihənin məqsədi insanların İKT imkanlarından səmərəli istifadə edərək həyat səviyyəsini yüksəltmək və həyat tərzini yaxşılaşdırmaq, informasiya cəmiyyətinə keçidi təmin etmək üçün aşağıdakı məsələlərin inkişafına nail olmaqdır:
- Əqli əməyin təşviqi;
- Bilik iqtisadiyyatı yönümlü kadrların hazırlanması;
- İKT yönümlü kadrların hazırlanmasını stimullaşdırmaq;
- “E-hökumət”in inkişaf etdirilməsi;
- Təhsil sisteminin dəstəklənməsi;
- İntellektual mülkiyyətin qorunması;
- Kompyuter vərdişlərinin təşviqi;
- Aztəminatlı sosial qrupların dəstəklənməsi;
- Əhalinin kompyuterlərlə təminatına şərait yaratmaq;
- Kompyuter sayını dünyanın orta göstəricilərinə çatdırmaq.
İlkin mərhələdə 4 ay müddətini əhatə edən pilot layihə həyata keçirilmişdir. Bu müddət ərzində layihə çərçivəsində orta məktəb müəllimləri kompyuterlər əldə etmişlər. Layihənin uğurlu keçməsini nəzərə alaraq sonradan layihə digər sosial qruplara da (tələbələr, həkimlər, dövlət qulluqçuları və s.) şamil edilmişdir.
Layihə çərçivəsində “HP” şirkətinin mini-noutları (MiniNote), noutbukları (Notebook) və stolüstü kompyuterləri (Desktop) təqdim olunmuşdur. Bütün bu avadanlıqlarda “Microsoft” şirkətinin lisenziyalı proqram təminatı quraşdırılmışdır. Bu, Azərbaycanın Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında imzalanmış “Məktəb sazişi” çərçivəsində həyata keçirilir.
Bütün avadanlıqlar faizsiz olaraq 12 ay müddətinə kreditə verilir. "Xalq kompyuteri" layihəsi çərçivəsində təqdim olunan kompyuterlər bazar qiymətlərindən 25-40% aşağıdır. Bütün kompyuter alan müəllimlərə əlavə olaraq Təhsil Nazirliyi tərəfindən elektron dərsliklər, sərfəli qiymətlərlə müxtəlif internet xidmətləri, antivirus paketi təqdim olunur.
Kompyuterlərin çatdırılması və aylıq ödəmələrin qəbulu "Azərpoçt" dövlət müəssisəsi tərəfindən təmin edilir. Layihə "Azərpoçt" dövlət müəssisəsi və “HP”-nin və “Microsoft”-un lokal tərəfdaşı olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir. Yeri gəlmişkən, qeyd edək ki, “BestComp Group” şirkətinin əsası 1995-ci ildə qoyulub. Şirkət nəinki Azərbaycanda, hətta bütün Cənubi Qafqazda fəaliyyət göstərən ən nüfuzlu İKT şirkətlərindən biridir.
Hal-hazırda şirkət “HP”, “Acer”, “Microsoft”, “APC”, “Eaton”, “Tripplite”-ın distribütoru, “Oracle”, “CİSCO” və s. kimi nəhəng şirkətlərin biznes tərəfdaşı olaraq onların məhsul və xidmətlərini təqdim edir. “BestComp Group” “Acer”in, “Microsoft”un, “Eaton”un, “Tripplite”-ın bir sıra xarici ölkələrdə də rəsmi distribütorudur. Şirkətin nəzdində “HP”, “Acer”, “APC”, “Eaton” və “Tripplite” şirkətlərinin avtorizə edilmiş servis mərkəzləri fəaliyyət göstərir. İKT sahəsində çalışan 50-dən çox şirkət “BestComp Group”-un diler şəbəkəsinə daxildir.
Xalq kompyuteri layihəsinin icrası Azərbaycanda hökumət-özəl tərəfdaşlıq konsepsiyasının, dövlət strukturlarının və İKT sektorunun dünyada aparıcı biznes qurumları ilə birgə işbirliyinin təzahürü hesab etmək olar.
Bu layihədə ilk növbədə müəllimlərin aktivliyini qeyd etmək lazımdır. Məktəb müəllimləri ilə aparılan söhbətlərdən yalnız bir ümumi çıxarış etmək olar - kompyuterlərin ödənilməsi rahatdır və bu avadanlığın alınmasını çox əlverişli edir. Son məlumata görə, artıq 17000 insan bu layihə çərçivəsində kompyuterlərə sahib olub. Layihənin digər sosial qruplara da şamil edilməsi yüzminlərlə Azərbaycan vətəndaşının müasir kompyuterlərlə təmin edilməsi deməkdir. Daha ətraflı məlumatı “www.xalqkomp.az” saytından əldə etmək olar.
Baxış sayı: 1567
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır