12px13px15px17px
Tarix:27/03/12

6 yaşlı “Twitter”

2006-cı il martın 21-də, “Twitter”-in təsisçilərindən biri Cek Dorsi mikrobloqlar xidməti vasitəsilə ilk mesaj göndərib.Sadəcə, öz “twttr”-mi yaradıram. İlk mesaj məhz belə olub.

“Odeo” şirkətinin elmi-tədqiqat layihəsi kimi düşünülmüş "Twitter" ilk əvvəl daxili istifadə üçün planlaşdırılmışdı. Cənab Dorsi dostları ilə daimi olaraq qısa mesajlarla (140 simvola qədər) yazışmağa imkan verən hər hansı  platforma yaratmaq istəyirdi. "Twitter" xidmətində müraciət istifadəçinin səhifəsində dərhal əks olunur və digər abunəçilərə də bir anda göndərilə bilər.

Hazırda “Twitter” dünyanın ən populyar mikrobloqlarından biridir: xidmətin  250 milyondan çox abunəçisi var, xidmətin saytına ay ərzində ən azı 1 dəfə daxil olan aktiv istifadəçilərin sayı 140 milyonu ötür. Müqayisə üçün qeyd edim ki, 2011-ci ilin sentyabrında "Twitter" xidmətində təxminən 100 milyon aktiv istifadəçi var idi.

Məlumat üçün bildirim ki, “Twitter” mikrobloqlar xidmətində hər gün orta hesabla 340 milyon mesaj yazılır. 2012-ci ilin yanvar ayı (250 milyon) ilə müqayisədə bu göstərici 36% artıb. Beləliklə, hazırda "Twitter" abunəçiləri ay ərzində 10 milyarddan çox qısa mesaj yazırlar.




Baxış sayı: 1516

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024