12px13px15px17px
Tarix:27/03/12

“İnternet Explorer” rəqiblərinə uduzdu

“StatCounter” şirkətinin məlumatına görə, “Chrome” veb-səyyahı populyarlığa görə ilk dəfə olaraq “İnternet Explorer”-i (İE) ötə bilib.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, “Chrome” veb-səyyahının bazar payı 32,7% təşkil edib. “İE” isə qlobal bazarın 32,5%-nə nəzarət edib. “StatCounter” şirkətinin hesablamasına görə, populyarlığa görə üçüncü yerdə 24,8% göstərici ilə “Firefox” veb-səyyahı yerləşib;  sonrakı yerlərdə bazar payları 7.1 və 1.9% təşkil edən “Safari” və “Opera” veb-səyyahları qərarlaşıblar.

Lakin “İnternet Explorer” veb-səyyahı tezliklə birinciliyi yenidən əldə edib. Belə ki, martın 20-də “İE” veb-səyyahının payı 33,1%, “Chrome”-un bazar payı isə 31,1% təşkil edib.Analitiklərin fikrincə, “İE” veb-səyyahının bazar payı azalmağa davam edəcək.


 
EMİL
 




Baxış sayı: 1600

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024