12px13px15px17px
Tarix:28/03/12

Azərbaycanda məşhur smartfonun yeni modellərinin satışına başlanılacaq

Dünyanın aparıcı smartfon istehsalçılarından olan "HTC" 2012-ci ilin II rübündə Azərbaycanda "One" seriyalı smartfonların satışına başlayacaq. Azərbaycanla bərabər, dünyanın əksər ölkələrində 130-dan çox təchizatçı və distribütorlar da bu smartfonların satışını həyata keçirəcək. Azərbaycanda "HTC One" seriyalı smartfonların X, V və S modelləri satılacaqdır.

Şirkətin premium təcrübəsindən bəhrələnərək hazırladığı "HTC One" seriyası "HTC Sense 4" texnologiyalı "Android 4.0" əməliyyat sistemini, "HTC ImageSense" texnologiyasını təqdim edən "HTC"-nin brendləşdirilmiş istifadəçi təcrübəsinin yeni versiyasını, "HTC One" qurğusunu digər telefonlardan fərqləndirən kamera və müxtəlif şəkil xüsusiyyətlərini inteqrasiya edir.

 "ImageSense" kamera texnologiyası ilə "HTC One" ənənəvi rəqəmli kameralarla rəqabətə qoşulur. Qeyd etmək lazımdır ki, kameranın, demək olar, hər bir hissəsi (linzalar, sensor, proqram təminatı) təkmilləşdirilib və hətta yeni "HTC İmageChip" proqramı daxil edilib. Həmin təkmilləşdirmələr nəticəsində sürətli şəkil çəkilişinə, müxtəlif şəraitlərdə çəkilən şəkillərin əla keyfiyyətinə və çox rahat interfeysə nail olunub.

İlk dəfə olaraq "HTC One"-da "Beats Audio™" texnologiyası quraşdırılıb ki, bu da  musiqi dinləyərkən, "YouTube"-da video izləyərkən və ya oyun oynayarkən daha mükəmməl səs əldə etməyə imkan verir. "HTC One", həmçinin kompyuterə qoşulduğu zaman avtomatik şəkildə yüklənilən "HTC Sync Manager" proqram təminatı vasitəsilə istifadəçilərə telefonlarında olan musiqiləri dinləmək imkanını təqdim edir.

Qoşulduğu anda musiqi pleyerindən, o cümlədən "iTunes"-dən, musiqiləri, ifaçı siyahısını və müxtəlif musiqi xətlərini yükləmək çox asandır. İlk dəfə sinxronlaşmadan sonra musiqi siyahısını avtomatik şəkildə yeni saxlamaq üçün "Wi-Fi"-dan istifadə etmək mümkündür.

"HTC One" musiqini istənilən yerə, o cümlədən avtomobilə aparmağa imkan verir. "HTC One" ilə "HTC Car Stereo Clip" sistemindən istifadə edərək smartfondakı musiqini avtomobilin musiqi sisteminə keçirmək olar.  Bu smartfonlar, həmçinin dünyanın 50 mindən çox radiostansiyasına qoşulmağa, istənilən servisdən musiqini ifa etdirməyə və  avtomobilin dinamiklərinə qoşulmağa imkan verir.

CAHANGİR




Baxış sayı: 965

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024