Tarix:05/07/11
“Azeronline”dan yüksəksürətli internet
“Azeronline” şirkəti Bakıda yüksəksürətli internet şəbəkəsinin inkişaf etdirilməsinə başlayıb. Şirkətdən verilən məlumata görə, artıq “Grand Park” şəhərciyinin yüksəksürətli internetə qoşulması üzrə kommersiya layihəsinin istismarına başlanılıb. Layihə çərçivəsində istehlakçılar FTTH (Fiber to the Home) texnologiyası ilə internetə qoşulurlar. Bu texnologiya sayəsində internetə optik lifli kabellər vasitəsilə giriş təmin edilir. Nəticədə hətta 100 Mb/s sürətli internet üçün etibarlı qoşulma təmin edilir. “Azercell”ə aid olan “Azeronline” şirkəti hazırda GPON avadanlığının sınaq testlərini yekunlaşdırmaq üzrədir. Bu üsuldan istifadə olunması yüksəksürətli internetin əhatə dairəsini genişləndirməyə, həmçinin şəbəkənin qurulmasını tezləşdirməyə imkan yaradacaq. FTTH layihəsinin qısa müddət ərzində tətbiqinə baxmayaraq, artıq bu xidmət istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb.Baxış sayı: 2502
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib