12px13px15px17px
Tarix:28/03/12

Pulsuz CİN nömrə ilə birgə Nokia C2-01 telefonunu alın və ...

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti böyük məmnuniyyətlə məhdud müddəti əhatə edən yeni kampaniyanı elan edir. İndi 3G sistemini dəstəkləyən Nokia C2-01 telefonunu pulsuz ƏlaCİN /DoğmaCİN nömrə ilə birgə sərfəli qiymətə alan müştərilərimiz iyun ayının sonuna qədər şənbə və bazar günləri pulsuz şəbəkədaxili zənglərdən yararlanacaqlar.

Martın 31-dən etibarən Nokia C2-01 telefonunu istənilən Bakcell diler mağazası və ya xidmət mərkəzindən əldə etmiş xoşbəxt alıcılar ƏlaCİN və DoğmaCİN tarif paketinə qoşulub aprelin 1-dən iyunun 30-a qədər şənbə və bazar günləri ərzində pulsuz şəbəkədaxili zənglərdən yararlana biləcəklər.

Bundal əlavə, müştərilərimiz telefonu müstəsna və xüsusi qiymətə alıb pulsuz SİM kart əldə edəcək, yeni və sərfəli ƏlaCİN və DoğmaCİN tarif paketləri sayəsində 14-ə qədər həftə sonu ərzində limitsiz şəbəkədaxili zənglərdən faydalanacaqlar.
 




Baxış sayı: 1247

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024