12px13px15px17px
Tarix:28/03/12

Niderland və Kanadanın e-hökumət ilə bağlı təcrübəsi öyrənilir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirovun başçılıq etdiyi nümayəndə heyəti 2012-ci il 10-19 mart tarixlərdə Niderland Krallığının Haaqa və Kanadanın Ottava şəhərlərində təlim səfərində olub.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, Təlim Komissiyanın Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birgə həyata keçirdiyi "Azərbaycan Respublikasında Dövlət Qulluğu İslahatları" Layihəsi çərçivəsində təşkil edilib.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Kadr siyasəti sektorunun müdiri Vasif Xələfov, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Beynəlxalq əlaqələr sektorunun müdiri Nərgiz İsmayılova, Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi Fuad Mayılov və İnformasiya texnologiyaları və proqram təminatı sektorunun aparıcı məsləhətçisi Natiq Ələsgərzadə daxil olmuşlar.

Səfərin əsas məqsədi elektron hökumət sahəsində böyük təcrübəyə malik olan iki dövlətin e-hökumət ilə bağlı təcrübəsini öyrənmək və Komissiyanın internet portalının yaradılması zamanı bu təcrübədən istifadə etmək olub.

Martın 12-də nümayəndə heyəti Dövlət İdarəçiliyi üzrə Holland İnstitutunda olub. Burada e-hökumət, dövlət qulluğuna e-qəbul, dövlət reyestri, açıq hökumət məlumatları, proqram təminatı, e-hökumət ilə bağlı qanunvericilik bazası, e-hökumət portalının yaradılması sahəsində təqdimatlarla çıxışlar edilib, iştirakçılar veb-portalın idarəedilməsi prosesi ilə tanış olublar. Sonra nümayəndə heyəti Təşkilat və Kadr üzrə Hökumət İdarəsinə səfər edərək orada e-qəbul, vakansiyanın onlayn elan edilməsi, ərizələrin yığılması və seçilməsi prosedurları ilə tanış olublar. Martın 14-də nümayəndə heyəti Kadrların e-idarəedilməsi üzrə İdarəyə (P-Direct) gedib. Burada qonaqlara sistem, məlumat bazaları, portalın xüsusiyyətləri, xidmət və fəaliyyət növləri, istifadəçilərin giriş səviyyəsi və s. barədə ətraflı məlumat verilib.

Haaqadan sonra nümayəndə heyəti Kanadanın Ottava şəhərinə səfər edib. Kanadanın Dövlət Qulluğu Komissiyasında keçirilən görüşdə nümayəndə heyətinə bu ölkənin dövlət qulluğu sistemi, Dövlət Qulluğu Komissiyasının fəaliyyəti və Kanadanın e-hökumət sistemi barədə məlumat verilib.

Öz növbəsində Azərbaycan nümayəndə heyəti tərəfindən Azərbaycanın dövlət qulluğu sistemində e-xidmətlərin tətbiqi, Komissiyanın internet səhifəsi, veb-portalın yaradılması ilə bağlı görülən işlər barədə ümumi məlumat verilib.

Azərbaycan təcrübəsi qarşı tərəfdə maraqla qarşılanıb. Kanadanın Dövlət Qulluğu Komissiyasında keçirilən təlimlərdə Azərbaycan nümayəndə heyəti üçün "Dövlət qulluğunun kadr təminatı" sisteminin və "Ingenium" sisteminin təqdimatı keçirilib. Səfər zamanı nümayəndə heyəti Kanada Parlamentində də olub və onun fəaliyyəti ilə tanış olublar.

CAHANGİR




Baxış sayı: 1277

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024