12px13px15px17px
Tarix:30/03/12

Elektron poçt texnologiyasının yaradılmasından 20 il ötüb

20 il əvvəl proqramçılar Nataniel Borenşteyn və Ned Frid "MIME" standartını hazırlayıblar. Bu standart bu günə kimi elektron məktublara müxtəlif qoşmaların əlavə edilməsi üçün istifadə olunur. Məlumat üçün bildirim ki, 1992-ci ildə əlavə edilmiş faylla göndərilmiş ilk elektron məktub "Telephone Chords" musiqi qrupunun fotoları və mahnıları olub.

"İCTnews" elektron xəbər xidməti bildirir ki, Nataniel Borenşteyn indiyə qədər yaratdığı əlaqə texnologiyasını qeyri-mükəmməl hesab edir. Fayl əlavə edilmiş hər məktuba 19 bayt həcmində "artıq" informasiyanın əlavə edilməsi məqbul sayılmır. İlk baxışdan bu, əhəmiyyətsiz görünsə də, proqramçı əmin edir ki, 1 il ərzində ümumi poçt trafikində belə "artıq" informasiya vasitəsilə təxminən 7 Petabayt yaranır.

Nataniel Borenşteyn, həmçinin elektron poçtun tezliklə "məhv" olacağına inanmır. Onun sözlərinə görə, sosial şəbəkə və digər xidmətlər vasitəsilə mesaj mübadiləsi çox populyardır, lakin "Email" texnologiyası daha əlverişlidir.

 
EMİL
 




Baxış sayı: 3377

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024