Tarix:30/03/12
ADSL
Ən geniş yayılmış internet bağlantı formalarındadır. ADSL, ingiliscədən "Asymmetric Digital Subscriber Line" sözlərinin baş hərflərinin birləşməsi ilə yaranıb. Azərbaycan dilinə "Assimmetrik Rəqəmsal Abunəçi Xətti" kimi tərcümə olunur. Adi analoq telefon xətlərini yüksəksürətli qoşulma xətlərinə çevirən modem texnologiyasıdır.
ADSL texnologiyasında kanalın ötürmə zolağı çıxan və daxil olan trafik arasında qeyri-simmetrik paylanır. İstifadəçilərin çox hissəsinə daxil olan trafik daha çox əhəmiyyət kəsb edir, nəinki çıxan trafik, buna görə daxil olan trafik üçün zolağın boyük hissəsinin ayrılması özünü doğruldur. Adi telefon xətti səsin ötürülməsi üçün 0…4 kHz tezlik zolağını istifadə edir. Telefon şəbəkəsinin işinə maneə törətməmək üçün ADSL-də tezliyin aşağı sərhədi 26 kHz səviyyəsində yerləşir.
Yuxarı sərhəd isə məlumatın ötürmə sürətinə olan tələbdən və telefon kabellərinin imkanlarından irəli gələn 1.1 MHz təşkil edir. Bu zolaq iki hissəyə bölünür – tezliklər 26KHz- dən 138 kHz-ə qədər çıxış axınına ayrılır, 138 kHz-dən 1.1 MHz-ə kimi zolaq daxil olan axına ayrılır. Bu növ tezliklərin paylanması eyni zamanda telefonla danışıq aparmaq və məlumatın ötürülməsinə imkan yaradır.
Aydındır ki, bəzi halda ADSL modemin yüksəktezlikli siqnalı müasir telefonların elektronikasına mənfi təsir göstərir və ya telefon hər hansı xüsusiyyətinə görə xəttə yüksəktezlikli parazit siqnal gətirir. Bununla mübarizə üçün abunəçinin evində telefon xəttinə aşağı tezliklərin tənzimləyicisi qoşulur (tezlik bölücüsü, ing. Splitter).
Bu qurğu telefona yalnız siqnalın aşağıtezlikli tərkib hissəsini buraxır və telefonun xətdə olacaq təsirini aradan qaldırır. Bu cur tənzimləyicilər əlavə enerji tələb etmir və buna görə elektrik şəbəkəsində və ya ADSL avadanlığında nasazlıqlar yarandıqda səs kanalı işçi vəziyyətində qalır.
Abunəçiyə ötürmə 1.5-dən 8 Mbit/s-dək sürəti ilə aparılır. Xidməti kanalın sürəti 15-640 Kbit/s arasında dəyişə bilər. Xəttin maksimal sürəti müxtəlif faktorlardan asılıdır, məsələn, xəttin uzunluğundan, kabelin kəsik sahəsindən və xüsusi müqavimətindən.
Sürətin aşağı düşməsinə kabelin quruluşu da təsir göstərir.
Əsasən 4km məsafədəki uzaqlıqlara, bəzi halda isə 8mk-ə qədər uzaq məsafələrə çəkilir. Bu da sizin ADSL çəkdirmək istədiyiniz yerin ATS-dən uzaqlığına görə keyfiyyətinə də təsiri olacaq.
Kabel
Kabel ilə internetə qoşulma Azərbaycanda hələ ki yayılmış vəziyyətdə deyil. Bu tip qoşulmanın 400Mbit/s-ə qədər sürət imkanı olur. Əsasən fərdi, evlər üçün bu servisin verilməsi "Kabel" televiziyaları vasitəsi ilə edilir. Azərbaycanda da bir sıra "Kabel" televiziyaları fəaliyyət göstərir.
Onlar da bu servisi vermək üçün infrastruktur işləri aparırlar. Yaxın zamanda Azərbaycandakı "Kabel" tv-lər vasitəsi ilə istifadəçilərin kabel interneti xidmətindən faydalanmaq şansları olacaq. Bəzi internet provayderlər isə bir addım qabağa gedərək bu xidmətin tətbiqi üçün sınaq zonaları müəyyənləşdirib və layihə kiçik zonada reallaşıb.
GSM operatorların xidmətləri (3G/EDGE)
İnternetə qoşulmaq üçün GSM operatorları da müəyyən xidmət göstərirlər. Dünya üzərində əsasən bu xidmət "3G" bağlantısıdır. Hazırda hər üç mobil operator "3G" xidmətini təklif edir. "Azərfon" metro stansiyalarında da "3G" xidmətini təqdim etməklə bu sahədə olan rəqabəti daha da artırıb.
"3G" ən sürətli internet deməkdir. Tərcümədə "3rd Generation", yəni "3-cü nəsil" deməkdir.
Bu "3-cü nəsil" internet texnologiyasıdır. "GSM EDGE", "UMTS", "CDMA2000", "DECT" və "WiMAX" texnologiyalarını əhatə edən bir standartlar ailəsidir. Verilən xidmətlər arasında mobil istifadəçilər üçün geniş sahədə kabelsiz telefon danışıqları, görünüşlü zənglər və kabelsiz məlumat ötürmə xidməti vardır.
Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Azərbaycanda ən aşağı sürət 0,5 mbit/s, ən yüksək sürət isə - 3,4 mbit/s-dir.
"EDGE" isə GSM infrastrukturunda və tezliklərində (850/900/1800/1900) çalışan, mobil ünsiyyətdə üçüncü nəslin başlanğıcı olaraq sayıla biləcək, yüksək sürətdə məlumat ünsiyyəti təmin edən texnologiyadır.
Yuxarıda qeyd etdiyim kimi, "Azercell" və "Bakcell"də hələ ki bu sistemdən istifadə olunur. Bir neçə il əvvəl çox yüksək göstərici sayılsa da, artıq göstəriciləri yetərli deyil. Azərbaycanda ortalama sürəti 256kbps olur. Mobil olaraq istifadə etmək üçün əlverişli olsa da, geniş istifadədə əlverişli sayılmır.
"WiFi"
Çox zaman istifadə etdiyimiz internetə bağlantı formalarından biridir. Əsasən oturduğumuz iaşə yerlərində, ofislərdə və s. bu bağlantı formasına sıx-sıx rast gəlirik. ADSL şəbəkəsindən gələn interneti xüsusi modemlərlə "WiFi" kimi istifadəçilərə paylayırlar. "WiFi" sözü ingiliscədən "Wireless Fidelity" sözlərindən əmələ gəlib və tərcüməsi "Simsiz Dəqiqlik" deməkdir.
Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır. Bu zaman sonuncu abonent üçün məlumat ötürülməsi sürəti 108 Mbit/san təşkil edir. "IEEE 802.11" standartını dəstəkləyən xüsusi modulla təmin edilmiş noutbuk, netbuk, cib kompyuteri, smartfonlar, veb-kamera sahibləri "Wi-Fi" birləşmədən istifadə edə bilərlər.
Bu bağlantını formasını xidmət kimi satan provayderlər də mövcuddur. Şəhərin müxtəlif yerlərində pullu "WiFi"-lar var ki, buna qoşulmaq üçün xüsusi bir məbləğ ödəmək lazım gəlir. Siz saytımızdan həmin bu seçimlər zamanı hansı provayderin daha uyğun olduğunu yoxlayacaqsınız.
"4G" nə vəd edir
"4-cü nəsil xidmətləri" "4N" və ya "4G", dördüncü nəsil kabelsiz telefon texnologiyasıdır. Digər GSM standartları kimi hücrəvi bir şəbəkə sistemi istifadə etməyi və üçüncü nəsildə ortaya çıxan əhatə dairəsi problemi başda olmaq üzrə bəzi problemləri həll etməyi gözlənilməkdədir. Əlaqə sürəti mobil telefonlarda 100mps , "wifi network"lərdə 1Gbpsdir. Eyni zamanda "wimax" bant genişliyi ilə eyni boydadır. Ölkəmizdə də bu yaxınlarda bu texnologiyanın tətbiq edilməsi planlaşdırılır.
İnternetə necə qoşulaq?
İnternet gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Qlobal şəbəkəyə müxtəlif yollarla qoşulma imkanı var. Bu gün istifadəçilər ADSL vasitəsi ilə internetə qoşulmağa daha çox üstünlük verirlər.ADSL

Baxış sayı: 11335
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib