Tarix:06/07/11
"Müsabiqənin keçirildiyi dövrdə internet şəbəkəsinə çıxışa tələbat xeyli artacaq. Həmin dövrdə Bakıya gələn turistlər təəssüratlarını öz yaxınları ilə bölüşmək istəyəcəklər ki, buna görə də belə qurğuların mövcudluğu aktual ola bilər", - şirkətdən bildirilib.
Bu məsələ ilə bağlı “Kür”ə hələlik təklif daxil olmayıb, lakin müəssisədən deyildiyi kimi, mövcud olan imkanlar bu tapşırığı reallaşdırmağa imkan verir. Yüksəksürətli internet xəttinə qoşulan muxtar qurğular bütün arzu edənləri sürətli rabitə ilə təmin edəcək. Tələbatdan asılı olaraq qurğular internet şəbəkəsinə çıxış üçün müvafiq portlarla (Wi-Fi, WiMAX, LAN və digərləri) təchiz olunacaq.
“Kür”ün planlarına paytaxtın ictimai yerlərində bu qurğuların quraşdırılması da daxildir. Köşklərin quraşdırılması üçün iqtisadi cəhətdən özünü doğruldan yerlər tədris müəssisələri, biznes-mərkəzlər, vağzalların gözləmə zalları, aeroportlar və avtobus dayanacaqlarıdır. Hazırda internet-köşklər dövlət və özəl müəssisələr tərəfindən istifadə olunur. Muxtar qurğular WiMAX texnologiyası üzrə 1 Mbit/s sürətində yüksəksürətli internet şəbəkəsinə qoşulub. Qurğular istifadəçiyə terminal vasitəsilə tapılan məlumatı çap etdirməyə imkan verən printerlərlə təchiz olunub.
Bu terminala məlumatların daxil edilməsi bilavasitə sensor monitorlarla həyata keçirilir. Bunun üçün ekrana virtual klaviatura çıxarılır və ya xüsusi klaviaturanun köməyi ilə həyata keçirilir. Belə klaviatura internet-köşklərin təhlükəsizlik təminatı üçün antivandal icraatda yerinə yetirilir. İnternet şəbəkəsinə adi girişdən və elektron poçtun yoxlanmasından başqa, köşklərdə istənilən məlumat-sorğu bazası, xəritələr, keçidlərin sxemi, nəqliyyat cədvəli, kommersiya reklamının yerləşdirilməsi və s. quraşdırıla bilər.
“Kür” "Eurovision 2012"-yə hazırlıq çərçivəsində internet-infrastrukturların qurulmasına hazırdır
Azərbaycanın “Kür” kompyuter avadanlıqları istehsalçısı qarşıdakı "Eurovision 2012" müsabiqəsi çərçivəsində hər yerdə internet şəbəkəsinə çıxışı təmin etmək üçün lazımi infrastrukturların qurulmasına hazırdır. MMC-dən verilən məlumata görə, söhbət Bakı şəhəri ərazisində internet köşkləri şəbəkəsinin genişləndirilməsindən gedir ki, bu da turistlərə pulsuz olaraq hər yerdə internet şəbəkəsinə çıxışa imkan verir."Müsabiqənin keçirildiyi dövrdə internet şəbəkəsinə çıxışa tələbat xeyli artacaq. Həmin dövrdə Bakıya gələn turistlər təəssüratlarını öz yaxınları ilə bölüşmək istəyəcəklər ki, buna görə də belə qurğuların mövcudluğu aktual ola bilər", - şirkətdən bildirilib.
Bu məsələ ilə bağlı “Kür”ə hələlik təklif daxil olmayıb, lakin müəssisədən deyildiyi kimi, mövcud olan imkanlar bu tapşırığı reallaşdırmağa imkan verir. Yüksəksürətli internet xəttinə qoşulan muxtar qurğular bütün arzu edənləri sürətli rabitə ilə təmin edəcək. Tələbatdan asılı olaraq qurğular internet şəbəkəsinə çıxış üçün müvafiq portlarla (Wi-Fi, WiMAX, LAN və digərləri) təchiz olunacaq.
“Kür”ün planlarına paytaxtın ictimai yerlərində bu qurğuların quraşdırılması da daxildir. Köşklərin quraşdırılması üçün iqtisadi cəhətdən özünü doğruldan yerlər tədris müəssisələri, biznes-mərkəzlər, vağzalların gözləmə zalları, aeroportlar və avtobus dayanacaqlarıdır. Hazırda internet-köşklər dövlət və özəl müəssisələr tərəfindən istifadə olunur. Muxtar qurğular WiMAX texnologiyası üzrə 1 Mbit/s sürətində yüksəksürətli internet şəbəkəsinə qoşulub. Qurğular istifadəçiyə terminal vasitəsilə tapılan məlumatı çap etdirməyə imkan verən printerlərlə təchiz olunub.
Bu terminala məlumatların daxil edilməsi bilavasitə sensor monitorlarla həyata keçirilir. Bunun üçün ekrana virtual klaviatura çıxarılır və ya xüsusi klaviaturanun köməyi ilə həyata keçirilir. Belə klaviatura internet-köşklərin təhlükəsizlik təminatı üçün antivandal icraatda yerinə yetirilir. İnternet şəbəkəsinə adi girişdən və elektron poçtun yoxlanmasından başqa, köşklərdə istənilən məlumat-sorğu bazası, xəritələr, keçidlərin sxemi, nəqliyyat cədvəli, kommersiya reklamının yerləşdirilməsi və s. quraşdırıla bilər.
Baxış sayı: 934
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib