Tarix:30/03/12
Hazırda "Xalq kompyuteri" layihəsi çərçivəsində satılan kompyuterlərin sayı 17480 ədəd təşkil edir. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, satılan kompyuterlərin təqribən 20%-i paytaxt, 80%-i isə bölgələrdə yaşayan əhalinin payına düşür.
Hazırda bu layihə orta məktəb müəllimləri və şagirdlərinin, ali təhsil müəssisələrinin müəllim və tələbələrinin, dövlət qulluqçularının, həmçinin səhiyyə işçilərinin ailələrinə güzəştli şərtlərlə kompyuterə sahib olmaq imkanını təqdim edir.
"Xalq kompyuteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin müasir kompyuterlə və lisenziyalı proqramlarla təchiz edilmiş güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, o cümlədən "Elektron Azərbaycan" Dövlət Proqramına və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na tam uyğundur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təşkil olunan layihə "Microsoft" və "HP" şirkətləri tərəfindən təqdim edilir və təchizat isə "HP" şirkətinin yerli partnyoru olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir. Layihədə həmçinin "Azercell" və "Azerfon" mobil rabitə operatorları iştirak edir. Kompyuterlərin çatdırılması və aylıq ödənişlərin qəbulu "Azərpoçt" MMC tərəfindən həyata keçirilir.
CAHANGİR
“Xalq kompyuteri” layihəsi çərçivəsində satılan kompyuterlərin sayı 17480 ədədə çatıb

Baxış sayı: 1088
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı