Tarix:30/03/12
“İCTnews” elektron xəbər xidməti bildirir ki, “RİM” şirkətinin mənfəəti 1 il ərzində 7% azalaraq 18,4 milyard dollar təşkil edib. 1 səhm üçün hesablanan mənfəət isə 2.22 dollara bərabər olub. Müqayisə üçün qeyd edim ki, bu göstərici əvvəlki ildə 6.34 dollar olub.
Məlumat üçün bildirim ki, 2012-ci il yanvarın sonunda şirkətin baş direktoru postuna Torsten Heyns təyin edilib. O, bu vəzifədə Mayk Lazaridis və Cim Balsillini əvəz edib və bu maliyyə hesabatı Torsten Heyns üçün birincidir.
“RİM” rəhbərliyinin dəyişilməsi son illər ərzində şirkətdə yaşanan korporativ böhran ilə bağlı ola bilər. “RİM” şirkətinin mobil qurğular bazarındakı bir vaxtlar öz sabitliyi seçilən mövqeyi hazırda “Apple” şirkəti və “Android”-qurğu istehsalçılarının təzyiqi altında zəifləyir.
Heynsin sözlərinə görə, bütün bunlara baxmayaraq, “BlackBerry 10” adlı yeni əməliyyat sistemi bu il təqdim ediləcək.
Məlumat üçün bildirim ki, “RİM” şirkəti son hesabat rübü ərzində bazara 11,1 milyon “BlackBerry” smartfonu və təxminən 500 min “BlackBerry PlayBook” planşeti tədarük edib.
EMİL
“RİM” şirkətinin xalis mənfəəti azalıb
Kanadanın mobil elektronika istehsalçısı “Research in Motion” (RİM) şirkətinin xalis mənfəəti 2012-ci ildə 66% azalaraq 1,16 milyard ABŞ dolları təşkil edib. Bu barədə “RİM” şirkətinin saytında məlumat verilib.“İCTnews” elektron xəbər xidməti bildirir ki, “RİM” şirkətinin mənfəəti 1 il ərzində 7% azalaraq 18,4 milyard dollar təşkil edib. 1 səhm üçün hesablanan mənfəət isə 2.22 dollara bərabər olub. Müqayisə üçün qeyd edim ki, bu göstərici əvvəlki ildə 6.34 dollar olub.
Məlumat üçün bildirim ki, 2012-ci il yanvarın sonunda şirkətin baş direktoru postuna Torsten Heyns təyin edilib. O, bu vəzifədə Mayk Lazaridis və Cim Balsillini əvəz edib və bu maliyyə hesabatı Torsten Heyns üçün birincidir.
“RİM” rəhbərliyinin dəyişilməsi son illər ərzində şirkətdə yaşanan korporativ böhran ilə bağlı ola bilər. “RİM” şirkətinin mobil qurğular bazarındakı bir vaxtlar öz sabitliyi seçilən mövqeyi hazırda “Apple” şirkəti və “Android”-qurğu istehsalçılarının təzyiqi altında zəifləyir.
Heynsin sözlərinə görə, bütün bunlara baxmayaraq, “BlackBerry 10” adlı yeni əməliyyat sistemi bu il təqdim ediləcək.
Məlumat üçün bildirim ki, “RİM” şirkəti son hesabat rübü ərzində bazara 11,1 milyon “BlackBerry” smartfonu və təxminən 500 min “BlackBerry PlayBook” planşeti tədarük edib.
EMİL
Baxış sayı: 1092
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır