Tarix:06/07/11
Vağzallarda informasiya köşkləri qurulacaq
Nəqliyyat Nazirliyinin sifarişi əsasında vağzallarda yeni köşklərin qurulması işləri həyata keçiriləcək. Bu məqsədlə “Kür” şirkəti Nəqliyyat Nazirliyinə müraciət edib. Avtovağzallarda və aeroportlarda quraşdırılmaq üçün nəzərdə tutulan bu köşklərdə marşrutlar barədə məlumatlar yerləşdiriləcək. Müştərilər bu köşklər vasitəsilə marşrutun hərəkət istiqamətləri və vaxtı barədə məlumat ala biləcəklər. Kassa kimi işləyə bilən bu köşklərdən sərnişin özü marşrutdakı yerini seçə bilər. Sərnişin yerini müəyyənləşdirdikdən və tələb olunan bilet pulunu ödədikdən sonra ona qəbz təqdim edilir. Qeyd edək ki, şirkət belə köşkləri şəhərin müxtəlif yerlərində də qurmağı planlaşdırır.Baxış sayı: 1129
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır