12px13px15px17px
Tarix:30/03/12

Miqrasiya orqanlarının fəaliyyəti avtomatlaşdırılır

Ölkədə miqrasiya orqanlarının fəaliyyətləri üçün zəruri informasiya, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması  həyata keçirilir və  elektron xidmətlərin göstərilməsi təmin edilir. “Bestcomp Group”  şirkətinin “bProMiq” sistemi bu sahədə sınaqdan uğurla keçmiş alət hesab edilir. Sözügedən sistem ölkədə mövcud olan digər informasiya resursları və sistemləri ilə uzlaşdırılıb.

Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, miqrasiya sahəsində “bir pəncərə” sisteminin tətbiqi bu sahədə prosedurların sadələşdirilməsinə, şəffaflığın təmin olunmasına səbəb olub. Miqrasiya sahəsində Vahid Məlumat Sisteminin yaradılması ölkədə miqrasiya sahəsində görülən işlər barədə dəqiq məlumat əldə etməyə imkan verir.




Baxış sayı: 1294

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024