12px13px15px17px
Tarix:31/03/12

Vergilər Nazirliyi İKT-nin tətbiqini beş istiqamət üzrə aparacaq

İnformasiya texnologiyalarının tətbiqini daim təkmilləşdirən Vergilər Nazirliyi yaxın gələcək üçün bu sahədə siyasətini əsas beş strateji istiqamət üzrə aparacaq. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə nazirliyin Analitik-informasiya şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, nazirlik geniş çeşidli elektron xidmətlərin təqdim edilməsini planlaşdırır. Bundan başqa, bilik menecmenti və informasiya texnologiyaları təməlli vergi inzibatçılığının dörd əsas prinsipi, veb-portalın inkişaf etdirilməsi nəzərdə tutulur. Nazirliyin əsas hədəflərindən biri də dövlət orqanları və banklar ilə elektron məlumatlar mübadiləsinin genişləndirilməsidir.

Eyni zamanda, informasiya menecmenti sisteminin müasir strateji prinsiplər əsasında inkişaf etdirilməsi, vergi inzibatçılığı sahəsində informasiya texnologiyaları innovasiyalarının təşviqi də davam etdiriləcək. Qeyd edək ki, vergi xidməti son illər bu istiqamətdə əsaslı modernizasiya prosesi aparıb. Ötən müddətdə nazirliyin texnoloji imkanları daha da genişləndirilib və vergi inzibatçılığı təkmilləşdirilib.

Bundan başqa, 2006-cı ildə vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS),  2007-2012-ci illərdə vergi ödəyiciləri üçün elektron bəyannamə, elektron vergi hesab-fakturalarının göndərilməsi, “onlayn kargüzarlıq”, fiziki və hüquqi şəxslərin elektron qeydiyyatı sistemləri tətbiq edilib.
 
HƏQİQƏT




Baxış sayı: 2028

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024