Tarix:31/03/12
Şıxlinski küçəsində yerləşən 579 indeksli Mehmandarov ATS-i də bu qəbildəndir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Nizami Telefon Qovşağının baş mühəndisi Yasin Fərzəliyev məlumat verib. Onun sözlərinə görə, hazırda yeni stansiyanın abunə tutumu 4192 nömrəni, ADSL port tutumu isə 2016 portu əhatə edir. Stansiya “Huawei” şirkətinin istehsalı olan müasir avadanlıqlarla təchiz olunub.
“Mehmandarov ATS-i aprel ayının 2-də istismara verilməklə abunəçilərin NGN texnologiyasının verdiyi üstünlüklərdən istifadəsi təmin olunacaq”, – deyə baş mühəndis bildirib.
Xatırladaq ki, bu texnologiya istifadəçilərə İP-TV, videotelefon, genişzolaqlı internet şəbəkəsinə sürətli qoşulma ilə yanaşı, əlavə 21 növ servis xidmətlərindən istifadə etmək imkanını təqdim edir.
CAHANGİR
BTRİB NGN texnologiyasının tətbiqini genişləndirir
Bakı şəhərində rabitə şəbəkəsinin daha müasir şəkildə qurulması, o cümlədən abunəçilərə multimedia və ənənəvi telefon xidmətlərinin yüksək səviyyədə göstərilməsi üçün Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən bir çox ATS-lər ən yeni telekommunikasiya sistemi olan NGN –“Yeni nəsil” şəbəkə sistemi texnologiyası əsasında yenidən qurulub.Şıxlinski küçəsində yerləşən 579 indeksli Mehmandarov ATS-i də bu qəbildəndir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Nizami Telefon Qovşağının baş mühəndisi Yasin Fərzəliyev məlumat verib. Onun sözlərinə görə, hazırda yeni stansiyanın abunə tutumu 4192 nömrəni, ADSL port tutumu isə 2016 portu əhatə edir. Stansiya “Huawei” şirkətinin istehsalı olan müasir avadanlıqlarla təchiz olunub.
“Mehmandarov ATS-i aprel ayının 2-də istismara verilməklə abunəçilərin NGN texnologiyasının verdiyi üstünlüklərdən istifadəsi təmin olunacaq”, – deyə baş mühəndis bildirib.
Xatırladaq ki, bu texnologiya istifadəçilərə İP-TV, videotelefon, genişzolaqlı internet şəbəkəsinə sürətli qoşulma ilə yanaşı, əlavə 21 növ servis xidmətlərindən istifadə etmək imkanını təqdim edir.
CAHANGİR
Baxış sayı: 1734
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı