Tarix:02/04/12
"İCTnews" elektron xəbər xidməti bildirir ki, "Bay.Ru" şirkətinin hesablamasına görə, 2011-ci ildə Rusiyada elektron ticarət bazarının həcmi təxminən 12-13 milyard dollar təşkil edib. 2012-ci ildə onun həcmi 15 milyard dollara, 2013 və 2014-cü illərdə isə Rusiyada elektron ticarət bazarının həcmi təxminən müvafiq olaraq 19 və 24-25 milyard dollara bərabər olacaq.
Rusiya Federasiyasında elektron ticarət bazarının illik orta artım indeksi 21,37% təşkil edəcək. "Bay.Ru" şirkətinin statistikasına görə, Rusiyanın elektron ticarət bazarı həcminə görə ABŞ bazarından əhəmiyyətli dərəcədə geri qalır.
Belə ki, 2011-ci ildə ABŞ-da elektron ticarət bazarının həcmi təxminən 210-230 milyard dollar təşkil edib və 2015-ci ildə bu bazarın həcmi 330-350 milyard dollara qədər artacaq. Andryuxin qeyd edib ki, Rusiyanın elektron ticarət bazarının həcminin az olmasının əsas səbəblərindən biri məhsullara bank kartları vasitəsilə ödəniş edilməsinə inamsızlıqdır.
Məlumat üçün bildirim ki, "Bay.Ru" şirkətinin əsas ofisi ABŞ ərazisində yerləşir. O, vasitəçilik fəaliyyəti ilə məşğul olur; rus alıcıları onun vasitəsilə "eBay" və "Amazon" daxil olmaqla, malları xarici internet mağazaları və internet-hərraclarından satın ala bilərlər.
EMİL
Rusiyada elektron ticarət bazarının həcmi 32 milyard dollara qədər artacaq
Rusiyada elektron ticarət bazarının həcmi 2015-ci ilədək təxminən 29-32 milyard dollara qədər artacaq. Bu barədə "Bay.Ru" şirkətinin Rusiya və MDB ərazisindəki baş direktoru Maksim Andryuxin "Biznes online: elektron ticarətin gələcəyi" konfransında məlumat verib."İCTnews" elektron xəbər xidməti bildirir ki, "Bay.Ru" şirkətinin hesablamasına görə, 2011-ci ildə Rusiyada elektron ticarət bazarının həcmi təxminən 12-13 milyard dollar təşkil edib. 2012-ci ildə onun həcmi 15 milyard dollara, 2013 və 2014-cü illərdə isə Rusiyada elektron ticarət bazarının həcmi təxminən müvafiq olaraq 19 və 24-25 milyard dollara bərabər olacaq.
Rusiya Federasiyasında elektron ticarət bazarının illik orta artım indeksi 21,37% təşkil edəcək. "Bay.Ru" şirkətinin statistikasına görə, Rusiyanın elektron ticarət bazarı həcminə görə ABŞ bazarından əhəmiyyətli dərəcədə geri qalır.
Belə ki, 2011-ci ildə ABŞ-da elektron ticarət bazarının həcmi təxminən 210-230 milyard dollar təşkil edib və 2015-ci ildə bu bazarın həcmi 330-350 milyard dollara qədər artacaq. Andryuxin qeyd edib ki, Rusiyanın elektron ticarət bazarının həcminin az olmasının əsas səbəblərindən biri məhsullara bank kartları vasitəsilə ödəniş edilməsinə inamsızlıqdır.
Məlumat üçün bildirim ki, "Bay.Ru" şirkətinin əsas ofisi ABŞ ərazisində yerləşir. O, vasitəçilik fəaliyyəti ilə məşğul olur; rus alıcıları onun vasitəsilə "eBay" və "Amazon" daxil olmaqla, malları xarici internet mağazaları və internet-hərraclarından satın ala bilərlər.
EMİL
Baxış sayı: 1712
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib