12px13px15px17px
Tarix:02/04/12

“Sinam” şirkəti “CeBIT 2012” sərgisində öz işlərini təqdim edib

Məlum olduğu kimi, ötən ay Hannoverdə informasiya texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlərə həsr olunmuş “CeBIT 2012” ümumdünya sərgisi keçirilib. Sərgidə 70 ölkədən olan 4200-dən çox şirkət iştirak edib. “Sinam” şirkəti sərgidə elektron hökumət, sənəd dövriyyəsi, resursların idarə edilməsi, kütləvi ödənişlər, təhsil, kommunikasiya və coğrafi informasiya sistemlərinə dair işlərini nümayiş etdirib.

Nümayiş etdirilən işlər böyük maraq doğurub və nəticədə gələcək əməkdaşlıqlar haqqında ilkin razılıqlar əldə edilib.
 Şirkət öz işlərini təqdim etməklə yanaşı, başqa istehsalçıların məhsullarını, aparat və proqram təminatlarını, eləcə də universitetlərin perspektivli işlərini öyrənməyə nail olub.

Belə ki, məsələn, informasiyanın semantik saxlanması və axtarışı sistemlərinin, logistika sahəsindəki proqramların hazırlanması ilə məşğul olan alman şirkəti ilə əlaqə yaradılıb. Həmçinin “Sinam” şirkətinin GPS trekinq, mobil və veb-proqramların yaradılması sahəsindəki tərəfdaşları ilə bir sıra görüşlər keçirilib.

 Dünyada İT sənayesinin inkişaf tendensiyaları, Asiya ölkələrindəki istehsalçıların inkişafı, “Microsoft” şirkətinin mobil qurğuların dəstəklənməsi ilə bağlı olan işləri, açıq koda malik olan proqramların yaradılması və bir çox başqa məsələlər müzakirə olunub. 

 Qeyd etmək lazımdır ki, “Sinam” sərgidə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ölkənin aparıcı şirkətlərinin də daxil olduğu nümayəndə heyətinin üzvü kimi iştirak edirdi. Sərgidə bir çox qərb ölkələri, keçmiş SSRİ ölkələrindən isə yalnız Qazaxıstan və Rusiya iştirak edirdi. Azərbaycan nümayəndə heyətinin bu sərgidə iştirakı ölkəmizdə informasiya texnologiyalarının inkişafının yüksək səviyyədə olduğunu təsdiq edir.


CAHANGİR




Baxış sayı: 1929

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024