Tarix:02/04/12
Şirkətin premium təcrübəsindən bəhrələnərək hazırladığı “HTC One” seriyası “HTC Sense 4” texnologiyalı “Android 4.0” əməliyyat sistemini, “HTC ImageSense” texnologiyasını təqdim edən “HTC”-nin brendləşdirilmiş istifadəçi təcrübəsinin yeni versiyasını, “HTC One” qurğusunu digər telefonlardan fərqləndirən kamera və müxtəlif şəkil xüsusiyyətlərini inteqrasiya edir.
“ImageSense” kamera texnologiyası ilə “HTC One” ənənəvi rəqəmli kameralarla rəqabətə qoşulur. Qeyd etmək lazımdır ki, kameranın, demək olar, hər bir hissəsi (linzalar, sensor, proqram təminatı) təkmilləşdirilmiş və hətta yeni “HTC İmageChip” proqramı daxil edilmişdir. Həmin təkmilləşdirmələr nəticəsində sürətli şəkil çəkilişinə, müxtəlif şəraitlərdə çəkilən şəkillərin əla keyfiyyətinə və çox rahat interfeysə nail olunmuşdur.
İlk dəfə olaraq “HTC One”-da “Beats Audio™” texnologiyası quraşdırılıb ki, bu da sevdiyiniz musiqini dinləyərkən, “YouTube”-da video izləyərkən və ya oyun oynayarkən daha mükəmməl səs əldə etməyə imkan verir. “HTC One” həmçinin kompyuterə qoşulduğu zaman avtomatik şəkildə yüklənilən “HTC Sync Manager” proqram təminatı vasitəsilə telefonunuzda olan musiqiləri dinləməyə imkan verir.
Qoşulduğu anda musiqi pleyerindən, o cümlədən “iTunes”-dən, musiqiləri, ifaçı siyahısını və müxtəlif musiqi xətlərini yükləmək çox asandır. İlk dəfə sinxronlaşmadan sonra siz musiqi siyahınızı avtomatik şəkildə yeni saxlamaq üçün “Wi-Fi”-dan istifadə edə bilərsiniz.
“HTC One” musiqini istənilən yerə, o cümlədən avtomobilinizə aparmağa imkan verir. “HTC One” ilə “HTC Car Stereo Clip” sistemindən istifadə edərək smartfondakı musiqini avtomobilin musiqi sisteminə keçirməyə imkan verir.
O, həmçinin dünyanın 50 mindən çox radiostansiyalarına qoşulmağa və ya istənilən servisdən musiqini ifa etdirməyə və ya avtomobilinizin dinamiklərinə qoşulmağa imkan verir. Bütün qeyd olunanlar olduğunuz məkandan asılı olmayaraq sevdiyiniz musiqini “Beats Audio” və “HTC Car” vasitəsilə dinləməyə imkan verir.
“HTC One X”
“HTC One X” smartfonu mükəmməl polikarbonat korpusa malikdir. Dəmir kimi möhkəm olan korpus çox yüngüldür. Tikişsiz konstruksiyalı korpusun üz hissəsi yüksək keyfiyyətli parlaq “piano” materialından hazırlanıb, arxa hissəsi isə tutqun örtüklüdür. “NVIDIA® Tegra 3” mobil prosessoru ilə təchiz edilmiş “HTC One” daha açıq qrafika, sürətli proqramlar və uzunömürlü batareyanı təqdim edir. O, inteqrasiyalı “Battery Saver Core” və yüksək məhsuldarlıqlı 12 – “Core NVIDIA® GPU” ilə 1.5 GHz-lıq dördnüvəli “Super 4-PLUS-1™” daxil edir.
“HTC One” smartfonu “Corning™ Gorilla Glass” ilə qorunan 3D şüşəli mükəmməl 4.7-düymlük “720p HD” ekrana malikdir. “HTC One X” həm də 1.5 - GHz-lıq “LTE Qualcomm Snapdragon S4” prosessoru ilə təchiz edilə bilər. ABŞ-ın “AT&T” dükanlar şəbəkəsində o, “HTC One X” kimi, dünyanın digər 4G LTE bazarlarında isə “HTC One XL” kimi tanınacaq.
“HTC One S”
“HTC One S” daha kiçik ölçülü güclü smartfon arzusunda olan insanlar üçün nəzərdə tutulmuşdur. O, ikinüvəli “Qualcomm Snapdragon S4” prosessoruna və “Corning™ Gorilla Glass” texnologiyası ilə qorunan 3D şüşəli 4.3 düymlük ekrana malikdir. “HTC”-nin innovativ metal üslubunda hazırlanmış “HTC One S” smartfonu istehlakçılara şirkətin bu günə qədər yaratdığı ən nazik (7.9 millimetr) telefonunu təqdim edir. “HTC One S” smartfonu innovativ mobil telefonlar sahəsində yeni mərhələyə qədəm qoyacaq iki yenilik təqdim edir.
Birinci – əslində peyklərdə istifadə üçün nəzərdə tutulan “microarc oxidation” (oksidləşmə) nəticəsində əldə edilmiş qara rəngli ultra-tutqun keramik metal örtüyü. İkinci – işıq və kölgə arasında olduqca hamar qradiyent keçidini yaradan yeni patentləşdirilmiş proseslə anodlaşma yeni mərhələyə çıxarılmışdır.
“HTC One V”
“HTC Legend”-in klassik, mükafat qazanmış dizaynından istifadə edilməklə hazırlanmış “HTC One V” heyranedici kamera və orijinal səsi təmin edən geniş imkanlı və premium təcrübəli smartfondur. O, peşəkarlıq və keyfiyyət saçan sadə və simvolik alüminium dizaynlı korpusa malikdir.
Dünyada satış
“HTC One” seriyası aprel ayından başlayaraq 2012-ci il ərzində qlobal səviyyədə fəaliyyət göstərən 130-dan çox təchizatçı və distribütor tərəfindən bütün dünya üzrə yayılacaq. “HTC One” seriyası, həmçinin gələcək yeniliklərə ön qeydiyyat imkanı haqqında daha ətraflı məlumatı www.htc.com saytından əldə etmək olar.
“HTC” haqqında
Əsası 1997-ci ildə qoyulmuş “HTC” korporasiyası (HTC) mükafat qazanan bir çox mobil qurğuların və sənaye üzrə yeniliklərin yaradıcısıdır. İnsanları işlədib hazırladığı hər bir məhsulun mərkəzinə qoymaqla “HTC” korporasiyası bütün dünya üzrə istehlakçılar üçün innovativ və fərdi təcrübə yaratmaq üçün dizayn və texnologiya sərhədlərini aşıb keçir.
“HTC”-nin məhsul portfelinə by “HTC Sense™” texnologiyalı smartfonlar və planşetlər, istifadəçi təcrübəsini olduqca təkmilləşdirən çoxlaylı qrafik istifadəçi interfeysini daxil edir. “HTC” Tayvan Fond Birjasında iştirak edir (TWSE: 2498). Əlavə məlumat üçün www.htc.com saytına daxil olun.
“HTC” yeni modellərinin satışına başlayacaq
Dünyanın aparıcı smartfon istehsalçılarından olan “HTC” 2012-ci ilin II rübündə Azərbaycanda “One” seriyalı smartfonların satışına başlayacaq. Azərbaycanla bərabər, dünyanın əksər ölkələrində 130-dan çox təchizatçı və distribütorlar da “HTC One” smartfonlarının satışlarına başlayacaq. Azərbaycanda “HTC One” seriyalı smartfonların X, V və S modelləri satılacaqdır.Şirkətin premium təcrübəsindən bəhrələnərək hazırladığı “HTC One” seriyası “HTC Sense 4” texnologiyalı “Android 4.0” əməliyyat sistemini, “HTC ImageSense” texnologiyasını təqdim edən “HTC”-nin brendləşdirilmiş istifadəçi təcrübəsinin yeni versiyasını, “HTC One” qurğusunu digər telefonlardan fərqləndirən kamera və müxtəlif şəkil xüsusiyyətlərini inteqrasiya edir.
“ImageSense” kamera texnologiyası ilə “HTC One” ənənəvi rəqəmli kameralarla rəqabətə qoşulur. Qeyd etmək lazımdır ki, kameranın, demək olar, hər bir hissəsi (linzalar, sensor, proqram təminatı) təkmilləşdirilmiş və hətta yeni “HTC İmageChip” proqramı daxil edilmişdir. Həmin təkmilləşdirmələr nəticəsində sürətli şəkil çəkilişinə, müxtəlif şəraitlərdə çəkilən şəkillərin əla keyfiyyətinə və çox rahat interfeysə nail olunmuşdur.
İlk dəfə olaraq “HTC One”-da “Beats Audio™” texnologiyası quraşdırılıb ki, bu da sevdiyiniz musiqini dinləyərkən, “YouTube”-da video izləyərkən və ya oyun oynayarkən daha mükəmməl səs əldə etməyə imkan verir. “HTC One” həmçinin kompyuterə qoşulduğu zaman avtomatik şəkildə yüklənilən “HTC Sync Manager” proqram təminatı vasitəsilə telefonunuzda olan musiqiləri dinləməyə imkan verir.
Qoşulduğu anda musiqi pleyerindən, o cümlədən “iTunes”-dən, musiqiləri, ifaçı siyahısını və müxtəlif musiqi xətlərini yükləmək çox asandır. İlk dəfə sinxronlaşmadan sonra siz musiqi siyahınızı avtomatik şəkildə yeni saxlamaq üçün “Wi-Fi”-dan istifadə edə bilərsiniz.
“HTC One” musiqini istənilən yerə, o cümlədən avtomobilinizə aparmağa imkan verir. “HTC One” ilə “HTC Car Stereo Clip” sistemindən istifadə edərək smartfondakı musiqini avtomobilin musiqi sisteminə keçirməyə imkan verir.
O, həmçinin dünyanın 50 mindən çox radiostansiyalarına qoşulmağa və ya istənilən servisdən musiqini ifa etdirməyə və ya avtomobilinizin dinamiklərinə qoşulmağa imkan verir. Bütün qeyd olunanlar olduğunuz məkandan asılı olmayaraq sevdiyiniz musiqini “Beats Audio” və “HTC Car” vasitəsilə dinləməyə imkan verir.
“HTC One X”
“HTC One X” smartfonu mükəmməl polikarbonat korpusa malikdir. Dəmir kimi möhkəm olan korpus çox yüngüldür. Tikişsiz konstruksiyalı korpusun üz hissəsi yüksək keyfiyyətli parlaq “piano” materialından hazırlanıb, arxa hissəsi isə tutqun örtüklüdür. “NVIDIA® Tegra 3” mobil prosessoru ilə təchiz edilmiş “HTC One” daha açıq qrafika, sürətli proqramlar və uzunömürlü batareyanı təqdim edir. O, inteqrasiyalı “Battery Saver Core” və yüksək məhsuldarlıqlı 12 – “Core NVIDIA® GPU” ilə 1.5 GHz-lıq dördnüvəli “Super 4-PLUS-1™” daxil edir.
“HTC One” smartfonu “Corning™ Gorilla Glass” ilə qorunan 3D şüşəli mükəmməl 4.7-düymlük “720p HD” ekrana malikdir. “HTC One X” həm də 1.5 - GHz-lıq “LTE Qualcomm Snapdragon S4” prosessoru ilə təchiz edilə bilər. ABŞ-ın “AT&T” dükanlar şəbəkəsində o, “HTC One X” kimi, dünyanın digər 4G LTE bazarlarında isə “HTC One XL” kimi tanınacaq.
“HTC One S”
“HTC One S” daha kiçik ölçülü güclü smartfon arzusunda olan insanlar üçün nəzərdə tutulmuşdur. O, ikinüvəli “Qualcomm Snapdragon S4” prosessoruna və “Corning™ Gorilla Glass” texnologiyası ilə qorunan 3D şüşəli 4.3 düymlük ekrana malikdir. “HTC”-nin innovativ metal üslubunda hazırlanmış “HTC One S” smartfonu istehlakçılara şirkətin bu günə qədər yaratdığı ən nazik (7.9 millimetr) telefonunu təqdim edir. “HTC One S” smartfonu innovativ mobil telefonlar sahəsində yeni mərhələyə qədəm qoyacaq iki yenilik təqdim edir.
Birinci – əslində peyklərdə istifadə üçün nəzərdə tutulan “microarc oxidation” (oksidləşmə) nəticəsində əldə edilmiş qara rəngli ultra-tutqun keramik metal örtüyü. İkinci – işıq və kölgə arasında olduqca hamar qradiyent keçidini yaradan yeni patentləşdirilmiş proseslə anodlaşma yeni mərhələyə çıxarılmışdır.
“HTC One V”
“HTC Legend”-in klassik, mükafat qazanmış dizaynından istifadə edilməklə hazırlanmış “HTC One V” heyranedici kamera və orijinal səsi təmin edən geniş imkanlı və premium təcrübəli smartfondur. O, peşəkarlıq və keyfiyyət saçan sadə və simvolik alüminium dizaynlı korpusa malikdir.
Dünyada satış
“HTC One” seriyası aprel ayından başlayaraq 2012-ci il ərzində qlobal səviyyədə fəaliyyət göstərən 130-dan çox təchizatçı və distribütor tərəfindən bütün dünya üzrə yayılacaq. “HTC One” seriyası, həmçinin gələcək yeniliklərə ön qeydiyyat imkanı haqqında daha ətraflı məlumatı www.htc.com saytından əldə etmək olar.
“HTC” haqqında
Əsası 1997-ci ildə qoyulmuş “HTC” korporasiyası (HTC) mükafat qazanan bir çox mobil qurğuların və sənaye üzrə yeniliklərin yaradıcısıdır. İnsanları işlədib hazırladığı hər bir məhsulun mərkəzinə qoymaqla “HTC” korporasiyası bütün dünya üzrə istehlakçılar üçün innovativ və fərdi təcrübə yaratmaq üçün dizayn və texnologiya sərhədlərini aşıb keçir.
“HTC”-nin məhsul portfelinə by “HTC Sense™” texnologiyalı smartfonlar və planşetlər, istifadəçi təcrübəsini olduqca təkmilləşdirən çoxlaylı qrafik istifadəçi interfeysini daxil edir. “HTC” Tayvan Fond Birjasında iştirak edir (TWSE: 2498). Əlavə məlumat üçün www.htc.com saytına daxil olun.
Baxış sayı: 2061
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır