12px13px15px17px
Tarix:04/04/12

“Elektron hökumət” layihələrində Coğrafi informasiya sistemlərinin tətbiqi” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü və "İntegris" şirkətinin təşkilati dəstəyi ilə "Elektron hökumət" layihələrində Coğrafi informasiya sistemlərinin (GİS) tətbiqi" mövzusunda seminar təşkil olunacaq.

Tədbir bu il aprelin 6-da "Ambassador" hotelində düzənlənəcək. Seminarda Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, «DATA+» şirkətinin baş direktoru Aleksey Uşakov, "İNTEGRİS" MMC-nin baş meneceri və digər şəxslərin iştirakı nəzərdə tutulub.


Məlumat üçün bildirək ki, seminarda Rabitə və informasiya texnologiyaları,Fövqəladə hallar, Ekologiya və təbii sərvətlər, Nəqliyyat, Mədəniyyət və turizm, Daxili işlər, Səhiyyə, Kənd təsərrüfatı nazirlikləri, Dövlət torpaq və xəritəçəkmə, Dövlət şəhərsalma və arxitektura, Dövlət gömrük, Əmlak Məsələləri Dövlət komitələri (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşma Mərkəzi), Dövlət Neft Şirkəti, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, "AZƏRİQAZ" Qapalı Səhmdar Cəmiyyəti, "Azərenerji" Səhmdar cəmiyyəti, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, "İçərişəhər" Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları  İnstitutu, Bakı Dövlət və Azərbaycan Memarlıq və İnşaat universitetləri iştirak edəcək.
 
SEYMUR




Baxış sayı: 2166

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024