12px13px15px17px
Tarix:04/04/12

“Facebook” da “Yahoo”nu ittiham etdi

“Yahoo” internet şirkəti tərəfindən irəli sürülmüş iddiaya cavab olaraq, “Facebook” sosial şəbəkəsi onu 10 patentinin pozulmasında ittiham edərək qarşılıqlı iddia qaldırıb. Məlumat üçün bildirim ki, “Yahoo” internet şirkəti təxminən 1 ay əvvəl “Facebook” şəbəkəsini, həmçinin 10 patentinin pozulmasında ittiham etmişdi.

“Facebook” sosial şəbəkəsi Kaliforniya ştatının şimal dairəsində yerləşən Dairə məhkəməsinə verdiyi iddiasında bildirib ki, “Yahoo” internet şirkətinin əvvəlki şikayətləri əsassızdır və onları rədd etmək lazımdır. Digər tərəfdən, dünyanın ən böyük sosial şəbəkəsi qeyd edib ki, “Yahoo” internet şirkəti  müxtəlif sosial texnologiyalarla bağlı onların şirkətinin patentləşdirilmiş hazırlamalarını pozur.

“Facebook” sosial şəbəkəsi patentlərinin pozulduğu layihələr arasında “Flickr” xidmətini, həmçinin “Yahoo” internet şirkətinin “Finance”, “Sports”, “News”, “Games”, “Movies”, “Shopping”, “Travel” və “Autos” layihələrini qeyd edib.
 



EMİL




Baxış sayı: 1456

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024