Tarix:06/07/11
“Facebook”un genişlənməni bloklamaq qərarını “Google+” sosial şəbəkəsinin işə salınmasına görə qəbul etdiyi güman edilir. “Google+” istifadəyə verildikdən sonra “Facebook Friend Exporter” istifadəçilərinin sayı kəskin artıb və indi 17 mini ötüb. Genişlənmə 2010-cu ilin noyabr ayından mövcuddur.
“Facebook Friend Exporter” genişlənməsi rəsmi olaraq “Facebook”un istifadəçilər haqqında məlumatın yığılması üçün avtomatik vasitələrdən istifadə etməyi qadağan edən istifadəçi razılaşması bəndini pozur. Ancaq Mənsur sosial şəbəkənin proqramın işinə mane olmaqda haqlı olmadığını iddia edib. Genişlənmənin yaradıcısı “Facebook” tərəfindən qoyulmuş məhdudiyyəti aradan qaldırmaq üsulunu tapmağa və proqramın yeni versiyasını istifadəyə verməyə söz verib.
“Facebook” "dostların eksportu” üçün genişlənməni blok edib
“Facebook” sosial şəbəkəsi “Facebook Friend Exporter” – “Google Chrome” səyyahı üçün genişlənməyə qarşı tədbir görüb. Bu genişlənmə “Facebook”dan dostlar siyahısından istifadəçilər, xüsusən onların ad və soyadları, ünvanları, elektron poçtları və telefonları haqqında məlumatları avtomatik köçürməyə icazə verir. Genişlənmənin yaradıcısı Məhəmməd qeyd edib ki, iyul ayının 5-də sosial şəbəkə “Facebook Friend Exporter” genişlənməsindən dostların elektron poçt ünvanlarını gizlədib. Əgər əvvəllər genişlənmə istifadəçinin profilindən bu informasiyanı götürə bilirdisə, lakin indi o, ünvanları "görmür" və onları import edə bilmir.“Facebook”un genişlənməni bloklamaq qərarını “Google+” sosial şəbəkəsinin işə salınmasına görə qəbul etdiyi güman edilir. “Google+” istifadəyə verildikdən sonra “Facebook Friend Exporter” istifadəçilərinin sayı kəskin artıb və indi 17 mini ötüb. Genişlənmə 2010-cu ilin noyabr ayından mövcuddur.
“Facebook Friend Exporter” genişlənməsi rəsmi olaraq “Facebook”un istifadəçilər haqqında məlumatın yığılması üçün avtomatik vasitələrdən istifadə etməyi qadağan edən istifadəçi razılaşması bəndini pozur. Ancaq Mənsur sosial şəbəkənin proqramın işinə mane olmaqda haqlı olmadığını iddia edib. Genişlənmənin yaradıcısı “Facebook” tərəfindən qoyulmuş məhdudiyyəti aradan qaldırmaq üsulunu tapmağa və proqramın yeni versiyasını istifadəyə verməyə söz verib.
Baxış sayı: 1503
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib