Tarix:05/04/12
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, İsveçin həyat tərzi, səhiyyə, təhsil, biznes, dil, dövlət orqanları və başqa sahələri əhatə edən veb-səhifənin təqdimat mərasimində çıxış edən Əkbər Səfərli layihənin yaranma səbəbləri və məqsədi barədə məlumat verib.
Layihənin müəllifi kinorejissor Rahim Sadıqbəyli veb-səhifənin xəritəsi, forumu və ayrı-ayrı bölümləri barədə danışıb. O, tərcümələrdə və texniki məsələlərdə dəstək olan Rauf Səfərliyə, Leyla Kianiyə, Babək Azəriyə, Vüsal Əliyevə təşəkkürünü bildirib.
Rahim Sadıqbəyli layihənin İsveç Krallığının Xarici İşlər Nazirliyinə təqdim olunduğunu nəzərə çatdırıb, "www.swedenaz.se" səhifəsinin İsveçdə və dünyanın digər ölkələrində yaşayan azərbaycanlıların İsveç Krallığı haqqında daha geniş bilgilərə sahib olmalarına yardım edəcəyinə ümidvar olduğunu vurğulayıb. Tədbirdə İsveç Azərbaycanlıları Konqresinin İdarə heyəti və Konqres üzvləri iştirak edib.
Azərbaycanlıların İsveç cəmiyyətinə inteqrasiyasını sürətləndirmək üçün veb- səhifə yaradılıb
İsveç Krallığında yaşayan azərbaycanlıların İsveç cəmiyyətinə inteqrasiyasını sürətləndirmək məqsədilə bu ölkədə yaşayan bir qrup azərbaycanlı bir araya gələrək "www.swedenaz.se" adlı veb-səhifə yaradıb.Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, İsveçin həyat tərzi, səhiyyə, təhsil, biznes, dil, dövlət orqanları və başqa sahələri əhatə edən veb-səhifənin təqdimat mərasimində çıxış edən Əkbər Səfərli layihənin yaranma səbəbləri və məqsədi barədə məlumat verib.
Layihənin müəllifi kinorejissor Rahim Sadıqbəyli veb-səhifənin xəritəsi, forumu və ayrı-ayrı bölümləri barədə danışıb. O, tərcümələrdə və texniki məsələlərdə dəstək olan Rauf Səfərliyə, Leyla Kianiyə, Babək Azəriyə, Vüsal Əliyevə təşəkkürünü bildirib.
Rahim Sadıqbəyli layihənin İsveç Krallığının Xarici İşlər Nazirliyinə təqdim olunduğunu nəzərə çatdırıb, "www.swedenaz.se" səhifəsinin İsveçdə və dünyanın digər ölkələrində yaşayan azərbaycanlıların İsveç Krallığı haqqında daha geniş bilgilərə sahib olmalarına yardım edəcəyinə ümidvar olduğunu vurğulayıb. Tədbirdə İsveç Azərbaycanlıları Konqresinin İdarə heyəti və Konqres üzvləri iştirak edib.
Baxış sayı: 1596
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib