12px13px15px17px
Tarix:05/04/12

Gənclər üçün İKT sahəsində maarifləndirici təlimlərə başlanıb

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi “İT Akademiya” layihəsi çərçivəsində Bakıda təlimlərə start verir.

 “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, layihənin keçirilməsində məqsəd yeniyetmə və gənclərin informasiya və kommunikasiya texnologiyaları sahəsində maarifləndirilməsi, ilkin biliklərin formalaşdırılması, kompyuter və internet resurslarından səmərəli istifadənin təmin edilməsidir.

 Təlimlər davamlı olaraq həftədə 2 dəfə olmaqla 2 növbə üzrə keçiriləcək. Ümumilikdə 12 dərs proqramını əhatə edir. Təlimlərin sonunda iştirakçılardan imtahan götürüləcək və layihəni uğurla başa vuranlar diplom və şəhadətnamə ilə təltif olunacaqlar.

 Xatırladaq ki, 2009-2010-cu illərdə “İRƏLİ” İctimai Birliyinin “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi Azərbaycanın bütün regionlarını əhatə etmiş və 1 il ərzində layihədən bəhrələnən insanların sayı 50000 nəfər olub.

 Hal-hazırda layihə Bakı şəhərində  İctimai Birliyin Gənclik Mərkəzində davam edir. Layihədə iştirak etmək istəyən şəxslər “www.ireli.az” saytının elanlar bölməsində yerləşdirilən onlayn ərizə formasını doldurmalıdırlar. Ərizələrin qəbulu cari ilin 7 aprel tarixinə qədər davam edir.
 
CAHANGİR

 
 





Baxış sayı: 1363

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024