12px13px15px17px
Tarix:06/07/11

“İnformasiya texnologiyalarının inkişaf perspektivləri” mövzusunda IV Beynəlxalq elmi-praktik konfrans keçiriləcək

8 iyul 2011-ci il tarixdə Novosibirsk şəhərində “İnformasiya texnologiyalarının inkişaf perspektivləri” mövzusunda IV Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Konfransın təşkilatçısı Elmi Əməkdaşlığın İnkişafı Mərkəzidir. Dünyanın müxtəlif ölkələrindən olan minlərlə alim və mütəxəssisin bir araya gələcəyi tədbirdə aktual elmi araşdırmalar, əldə olunan nəticələr müzakirə olunacaq, bu istiqamətdə fikir və təcrübə mübadiləsi aparılacaq. Tədbirdə “Telekommunikasiya sistemləri və kompyuter şəbəkələri”, “Sistem analizi, informasiyanın emalı və idarə olunması”, “Hesablama texnikası və idarə sisteminin mexanizm və elementləri”, “Texnoloji proseslərin avtomatlaşdırılması” mövzularında məruzələr dinləniləcək. Konfransda dissertant, magistrant və tələbələr də iştirak edə bilərlər.



Baxış sayı: 1088

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024