12px13px15px17px
Tarix:05/04/12

Qafqaz Universitetinin rektoru Ahmet Saniç:”Müəllimlərin İKT bilikləri təkmilləşdirilir”

“Universitetlərin 3 vəzifəsi var. Bunlar tələbə yetişdirmək, yaxşı çalışmaq və sosial məsuliyyət. Sosial məsuliyyət deyərkən, məsələn, kompyuterler məktəblərə paylanıb, amma bu kompyuterləri çalışdıracaq müəllim olmamasını nəzərdə tuturam” Qafqaz Universitetinin rektoru Ahmet Saniç belə hesab edir.

“İCTnews” elektron xəbər xidmətinə bu barədə açıqlama verən rektorun sözlərinə görə, problemin aradan qaldırılması üçün  bölgələrdə təhsil şöbələrinin müdirləri ilə görüşlər keçirilib müəllimlərin informasiya texnologiyaları sahəsində biliklərinin artırılması üçün kurslar təşkil edilir.

”Müəllimlərin İKT biliklərinin artırılması istiqamətində işlər görürük. Bunun üçün potensial imkanlarımız var. Bu imkanlar daxilində layihələr reallaşdıracagıq. Artıq Sumqayıtda, Xırdalanda belə kurslar təşkil edilib,”- deyə o qeyd edib.




RƏVAN
 




Baxış sayı: 1519

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024