12px13px15px17px
Tarix:05/04/12

"Xalq kompyuteri"ni daha çox kimlər alır?

Birinci rübün yekunları üzrə "Xalq kompyuteri" layihəsi çərçivəsində 1733 fərdi kompyuter satılıb. "Best Comp Group" şirkətindən verilən məlumata görə, ayihə çərçivəsində satılan fərdi kompyuterlərin sayı 17 707 ədədə çatıb. Yanvar-mart aylarının nəticələri üzrə kompyuterlərin satış artımı 9,7 faiz təşkil edib.

Birinci rübün yekunları üzrə dəyəri 1,12 milyon manatdan çox olan kompüter texnikası əldə edilib. Bu zaman kompüterin orta hesabla qiyməti 650 manat təşkil edib.

Layihənin həyata keçirilməsindən etibarən (2009-cu ilin aprel ayı) ümumilikdə ona 11 milyon manatdan çox investisiya qoyulub.

Reallaşdırılan kompyuterlərin ümumi sayından 2822 ədədi Bakıda, qalanı isə regionlarda satılıb.
Ümumilikdə, layihə çərçivəsində 17 018 ədəd kompyuter müəllimlər, 189 ədəd şagirdlər, 493 ədəd tələbələr, 7 ədəd isə səhiyyə işçiləri tərəfindən əldə edilib.Layihə çəçivəsində satılan kompyuterlərin 90 faizdən çoxu portativ texnikanın payına düşür.
 




Baxış sayı: 1678

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024