Tarix:05/04/12
Hesabatda həmçinin dünyanın 142 ölkəsi üzrə Şəbəkə Hazırlığı İndeksi (NRI) öz əksini tapıb. Azərbaycan reytinqdə 3,9 balla 61-ci yerdə qərarlaşaraq ötən ilki mövqeyini 9 pillə yaxşılaşdırıb.
Sənəddə respublikanın informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı və maksimum fayda əldə etmək üçün göstərdiyi səylərdən bəhs edən "Azərbaycan: Sürətlə dəyişən dünyada böyük ambisiyalar" başlığı ilə ayrıca bölmə yer alıb.
Azərbaycan Qazaxıstan və Rusiya ilə yanaşı MDB məkanında informasiya texnologiyalarının inkişafı baxımından ən inkişaf etmiş ölkə kimi göstərilib. Gürcüstan 88-ci, Ermənistan isə 94-cü yerdə qərarlaşıb.
Hesabatda sektorun hökumət üçün prioritet olması, innovasiyalara hazırlıq, iqtisadi təsir, əhalinin savadlılığı, İKT xidmətlərindən istifadə Azərbaycanda İT-nin inkişafı üçün güclü tərəflər kimi vurğulanır. Azərbaycan internet istifadəçilərinin sayına görə MDB ölkələri arasında öz liderlik mövqeyini də qoruyub.
Qeyd edək ki, ÜİF-in reytinqində ölkələrin 2010-cu ilə dair göstəriciləri əsas götürülüb.
2002-ci ildən tərtib edilən reytinqdə birinci yeri ardıcıl olaraq üçüncü dəfə İsveç tutub. İkinci yerdə yenidən Sinqapur, üçüncü yerdə Finlandiya qərarlaşıb. İlk onluğa Danimarka, İsveçrə, Niderland, Norveç, ABŞ, Kanada və Böyük Britaniya da daxildir.
İT-nin inkişafına görə 61-ci yerdəyik
Ümumdünya İqtisadi Forumu (ÜİF) informasiya texnologiyalarının inkişafına (Global Information Technology Report 2012) dair yeni hesabatı açıqlayıb.Hesabatda həmçinin dünyanın 142 ölkəsi üzrə Şəbəkə Hazırlığı İndeksi (NRI) öz əksini tapıb. Azərbaycan reytinqdə 3,9 balla 61-ci yerdə qərarlaşaraq ötən ilki mövqeyini 9 pillə yaxşılaşdırıb.
Sənəddə respublikanın informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı və maksimum fayda əldə etmək üçün göstərdiyi səylərdən bəhs edən "Azərbaycan: Sürətlə dəyişən dünyada böyük ambisiyalar" başlığı ilə ayrıca bölmə yer alıb.
Azərbaycan Qazaxıstan və Rusiya ilə yanaşı MDB məkanında informasiya texnologiyalarının inkişafı baxımından ən inkişaf etmiş ölkə kimi göstərilib. Gürcüstan 88-ci, Ermənistan isə 94-cü yerdə qərarlaşıb.
Hesabatda sektorun hökumət üçün prioritet olması, innovasiyalara hazırlıq, iqtisadi təsir, əhalinin savadlılığı, İKT xidmətlərindən istifadə Azərbaycanda İT-nin inkişafı üçün güclü tərəflər kimi vurğulanır. Azərbaycan internet istifadəçilərinin sayına görə MDB ölkələri arasında öz liderlik mövqeyini də qoruyub.
Qeyd edək ki, ÜİF-in reytinqində ölkələrin 2010-cu ilə dair göstəriciləri əsas götürülüb.
2002-ci ildən tərtib edilən reytinqdə birinci yeri ardıcıl olaraq üçüncü dəfə İsveç tutub. İkinci yerdə yenidən Sinqapur, üçüncü yerdə Finlandiya qərarlaşıb. İlk onluğa Danimarka, İsveçrə, Niderland, Norveç, ABŞ, Kanada və Böyük Britaniya da daxildir.
Baxış sayı: 1591
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır