12px13px15px17px
Tarix:06/04/12

Elektron xidmətlərlə bağlı Dövlət Mülki Aviasiya Administrasiyasında aparılan işlər yekunlaşır

Konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi ilə bağlı Dövlət Mülki Aviasiya Administrasiyasında (DMAA) aparılan işlərin 80-90 faizi artıq yekunlaşıb. Bu barədə  “İCTnews” elektron xəbər xidmətinə Dövlət Mülki Aviasiya Administrasiyasında (DMAA ) baş məsləhətçi-hüquq məsləhətçisi Ələsgər Abdullayev məlumat verib.

Onun sözlərinə görə, elektron xidmətlərlə əlaqədar həyata keçirilən işlərdə sənədlərin hazırlanması “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir: ”Elektron xidmətlərlə bağlı proqramları AZAL-ın mütəxəssisləri tərtib edirlər. Artıq görülən işlərin böyük hissəsi tamamlanıb.

Hazırda administrasiyanın rəsmi saytında xüsusi elektron xidmət bölməsinin- “E-xidmətlər" yaradılması üzərində işlər gedir. Respublika prezidentinin fərmanına uyğun olaraq, yaxın zamanlarda sistemin istifadəsinə başlanılacaq”. Ə.Abdullayev  sistemin hazırlanmasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə qurulan əlaqələrdən də söz açıb: ”Bizə məsləhətləri ilə xeyli köməklik göstərdiyinə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təşəkkürümüzü bildiririk. Elektron xidmətlərin qurulmasında nazirlik bütün lazımi təlimat və tövsiyələrlə dəstək göstərib”.

Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən icrası nəzərdə tutulan elektron xidmətlərə gəlincə, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən  “Elektron xidmət növlərinin siyahısı”na əsasən, Azərbaycandan və ya respublikaya uçuşların yerinə yetirilməsi üçün icazələrin verilməsi, eləcə də hava nəqliyyatı ilə sərnişin və yük daşımalarının həyata keçirilməsi üçün xüsusi razılığın (lisenziya) verilməsi nəzərdə tutulur. DMAA tərəfindən göstəriləcək elektron xidmətlərə hava nəqliyyatında sərnişin daşımalarının satışı və bronlaşdırılması üzrə fəaliyyət göstərən agentliklərə sertifikatların verilməsi də daxildir.

Bundan başqa, Nazirlər Kabinetinin “İxrac nəzarəti haqqında” 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarına əsasən, ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazələrin də elektron qaydada verilməsi gündəmdədir.
 
HƏQİQƏT
 
 
 
 
 




Baxış sayı: 1312

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024