12px13px15px17px
Tarix:06/04/12

Azərbaycanda kompyuter istehsalında artım qeydə alınıb

Ölkənin sənaye sahələrində 2012-ci ilin yanvar-fevral aylarında 6,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çox məhsul istehsal olunub və xidmətlər göstərilib, qeyri-neft sektorunda 17,2 faiz artım, neft sektorunda 3,0 faiz azalma müşahidə olunub.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, istehsalın 78,2 faizi mədənçıxarma, 15,7 faizi emal, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib. İki ay ərzində neft hasilatı 7,5 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 3,0 milyard kubmetr təşkil edib, qeyri-neft bölməsinin məhsullarından qida, toxuculuq, neft məhsullarının, rezin və plastmas məhsullarının, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik enerjisinin, mebel, kompyuter və digər elektron və elektrik avadanlıqlarının, nəqliyyat vasitələrinin, maşın və avadanlıqların və s. məhsulların istehsalında daha çox artım əldə edilib.





CAHANGİR




Baxış sayı: 1228

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024