12px13px15px17px
Tarix:07/04/12

Ölkədə xəbər portallarına maraq artıb

Azərbaycanda əyləncə saytlarına maraq azalıb. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə,  ölkədə 4-5 il bundan əvvəl insanlar daha çox əyləncə saytlarına daxil olurdularsa, bu gün insanların maraq dairəsi dəyişib. Üstəlik, əyləncə saytlarının yaradılması tendensiyası da aşağı düşüb.

Əldə etdiyimiz məlumata görə, artıq ölkə əhalisi əyləncə xarakterli yazılardan  daha  çox xəbərə üstünlük verir. Elə bu səbəbdəndir ki, Azərbaycanda xəbər portallarının sayı get-gedə artmaqdadır. Orta göstəriciyə görə, hər ay 5-6 xəbər saytı yaradılır. İnternet istifadəçilərinin xəbər saytlarına girişləri də artıb.

Mütəxəssislərin fikrinə görə, bu, ölkədə azad internetin və azad internet qəzetlərinin olması ilə əlaqədardır. Üstəlik, internet portalları arasında sağlam rəqabət və bu sahəyə peşəkarların da cəlb olunması  öz  müsbət təsirlərini göstərib.






SEYMUR




Baxış sayı: 1433

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024