12px13px15px17px
Tarix:07/04/12

“Samsung” yeni mobil xidməti istifadəyə verib

“Samsung” şirkəti “Samsung AdHub Market” adlı mobil xidmətinin yarandığını elan edib. “OpenX Technologies” şirkəti isə “Samsung”-un partnyoru olub.

“İCTnews” elektron xəbər xidməti “mobi.ru” saytına istinadən bildirir ki, “Samsung AdHub Market” – bu, “Google” və “Apple” korporasiyalarının  analoji xidmətlərinin birbaşa rəqibidir. “Samsung” şirkəti bu xidmət sayəsində reklamdan əlavə mənfəət əldə edəcək.

Xidmətin istifadəyə verilməsindən əvvəl “Samsung” şirkətinin mobil reklam bazarını öyrənməsi üçün xeyli işlər gördüyünü nəzərə alsaq o, uğur əldə edə bilər.
Mütəxəssislərin hesablamalarına görə, yaxın bir neçə ildə dünya şirkətləri mobil reklamlar sayəsində 11 milyard dollar qazanacaqlar.
 




EMİL
 
 




Baxış sayı: 1189

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024