Tarix:07/04/12
Q.Xəlilovun sözlərinə görə, bu mərhələ çərçivəsində daşınmaz əmlaka dair çıxarışların və arayışların verilməsi üçün müraciətlərlə yanaşı, tələb olunan sənədlərin də elektron və ya skan edilmiş formatda rəsmi qəbuluna başlanacaq. Elektron xidmətlərin ikinci mərhələsində komitə ilə qurulan əlaqələr daha da sadələşdiriləcək.
Belə ki, elektron xidmətlərin ilk mərhələsində vətəndaşlar əmlakın qeydiyyatı üçün müraciəti elektron formada edir, amma bunun üçün tələb olunan sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli ofislərinə adi qaydada təqdim etməli idilər. İkinci mərhələdə isə tələb olunan sənədlər də yerli ofislərə elektron qaydada – internet vasitəsilə göndərilə biləcək: ”Bununla da hüquqi və fiziki şəxslər komitənin yerli qeydiyyat ofislərinə getməli və bunun üçün vaxt itirməli olmayacaq. Yaradılacaq internet portalı fasiləsiz olaraq - həftədə 7 gün 24 saat işləyərək müraciətləri komitənin yerli ofislərinə çatdıracaq.
Müraciətlər portal vasitəsi ilə qeyri-iş günləri və ya iş günü başa çatdıqdan sonra daxil edildikdə, həmin müraciətlərin qeydiyyatı müvafiq olaraq qeyri-iş günündən sonrakı ilk iş gününün başlanğıcından hesablanacaq. Elektron xidmət istifadəçiləri istədiyi zaman, istədiyi yerdən internet vasitəsilə öz müraciətini göndərə biləcəklər”.
HƏQİQƏT
Mayın 1-dən daşınmaz əmlak sahəsində elektron xidmətlərin ikinci mərhələsi başlayacaq
Mayın 1-dən etibarən Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərin ikinci mərhələsinə start veriləcək. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.Q.Xəlilovun sözlərinə görə, bu mərhələ çərçivəsində daşınmaz əmlaka dair çıxarışların və arayışların verilməsi üçün müraciətlərlə yanaşı, tələb olunan sənədlərin də elektron və ya skan edilmiş formatda rəsmi qəbuluna başlanacaq. Elektron xidmətlərin ikinci mərhələsində komitə ilə qurulan əlaqələr daha da sadələşdiriləcək.
Belə ki, elektron xidmətlərin ilk mərhələsində vətəndaşlar əmlakın qeydiyyatı üçün müraciəti elektron formada edir, amma bunun üçün tələb olunan sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli ofislərinə adi qaydada təqdim etməli idilər. İkinci mərhələdə isə tələb olunan sənədlər də yerli ofislərə elektron qaydada – internet vasitəsilə göndərilə biləcək: ”Bununla da hüquqi və fiziki şəxslər komitənin yerli qeydiyyat ofislərinə getməli və bunun üçün vaxt itirməli olmayacaq. Yaradılacaq internet portalı fasiləsiz olaraq - həftədə 7 gün 24 saat işləyərək müraciətləri komitənin yerli ofislərinə çatdıracaq.
Müraciətlər portal vasitəsi ilə qeyri-iş günləri və ya iş günü başa çatdıqdan sonra daxil edildikdə, həmin müraciətlərin qeydiyyatı müvafiq olaraq qeyri-iş günündən sonrakı ilk iş gününün başlanğıcından hesablanacaq. Elektron xidmət istifadəçiləri istədiyi zaman, istədiyi yerdən internet vasitəsilə öz müraciətini göndərə biləcəklər”.
HƏQİQƏT
Baxış sayı: 1364
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır